Tələbələr karyera yolunda - (+FOTOLAR)

Tələbələr karyera yolunda (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Tələbələr Birliyi tərəfindən “Öz Karyeranı Qur” adlı layihə həyata keçirilib.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilən layihənin açılış mərasimində Azərbaycan Tələbələr Birliyinin proqram meneceri Əzim Qasımov və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Birliyin proqram meneceri Əzim Qasımov layihə haqqında ətraflı məlumat vermiş, layihənin həyata keçirilməsində göstərdikləri köməyə görə Gənclər Fonduna öz təşəkkürünü bildirmişdir.

18-27 fevral 2019-cu il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında layihə çərçivəsində müxtəlif təlimlər həyata keçirilmişdir.

Təlimlərin keçirilməsində əsas məqsəd tələbələrin ali təhsili bitirdikdən sonra iş tapması zamanı onlardan tələb olunan biliklərə yiyələnmələrini təmin etməkdir. Əsas hədəf tələbələrin iş axtardığı zaman onlardan tələb olunan CV yazılışı, komandada uğurlu fəaliyyət, müsahibə zamanı düzgün davranmaq kimi qabiliyyətləri onlara ötürməkdir. Qeyd edək ki, tələbələr təlimlər zamanı nəzəri biliklərlə yanaşı, praktiki biliklərə də yiyələnmişlər.

Qeyd edək ki, tələbələrə sözügedən sahə üzrə zəruri maarifləndirici materiallar da paylanılıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !