"Hindistanın ən yaxşıları - Ən böyük eksklüziv Hindistan məhsulları ticarət tədbiri nin ikinci buraxılışı - (+FOTOLAR)

"Hindistanın ən yaxşıları - Ən böyük eksklüziv Hindistan məhsulları ticarət tədbiri”nin ikinci buraxılışı (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 7 mart, 2019-cu il tarixində ekologiya və təbii sərvətlər nazirinin müavini zati-aliləri cənab Firdovsi Əliyev və Hindistanın Azərbaycandakı səfiri cənab Vanlalvavna Bavitlung “Hindistanın ən yaxşıları - Ən böyük eksklüziv Hindistan məhsulları ticarət tədbiri”nin ikinci buraxılışını birgə açıq elan etdilər. Sərgi Hindistanın PHD Ticarət və Sənaye Palatası tərəfindən Hindistan səfirliyinin dəstəyi ilə təşkil olunur. Sərgi 7-17 mart, 2019-cu il tarixlərində, səhər saat 10.00-dan axşam saat 18.00-a kimi Bakı İdman Sarayında (Neftçilər prospekti 26a, Bakı, Azərbaycan) ictimaiyyət üçün açıqdır. Xarici ölkələrdə keçirilən sərgilər Hindistan sənayesinin yüksək keyfiyyətli məhsullarını, müxtəlif sənaye sahələrinə aid xidmətlər və texnologiyaları davamlı şəkildə dünyaya təqdim edir.

Hindistanın ən yaxşıları” - ən böyük eksklüziv Hindistan Məhsulları Ticarət Tədbirində elektrik & elektronika, velosiped, düyü, çay, ədviyyatlar, qablaşdırma, əczaçılıq, hədiyyələr & sənətkarlıq məhsulları, dəftərxana ləvazimatı, ev mebeli, tekstil & geyim, zinət əşyaları da daxil olmaqla yüksək keyfiyyətli məhsul və xidmətlər sərgiləyən 75 Hindistan şirkəti iştirak edir. Bu sərgi Hindistan və Azərbaycan arasında mövcud olan qarşılıqlı biznes əməkdaşlığı çərçivəsində həyata keçirilir və Hindistan Höküməti Ticarət və Sənaye Nazirliyi tərəfindən dəstəklənir.

Biznes və ticarətdən əlavə tədbir həmçinin, mədəni tədbirlər, yemək və Bollivud festivalı və s. vasitəsilə “Hindistanın ən yaxşıları ” sərgisinə öz töhfəsini verməklə zəngin Hindistan mədəni irsini əks etdirməyə çalışır. Sərgiyə giriş sərbəstdir.

Hindistan və Azərbaycan arasında tarixi bağlar və inkişaf etməkdə olan ikitərəfli əməkdaşlığa əsaslanan yaxın dostluq münasibətləri mövcuddur. İki ölkə arasında enerji, əczaçılıq, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, elm və texnologiya, tekstil və geyim və təhsil kimi bir sıra sahələrdə artmaqda olan biznes və ticarət əlaqələri mövcuddur. 2017-ci ildə Hindistanın Azərbaycancana ixracının həcmi 37 milyon dolları keçmişdir və Hindistan və Azərbaycan arasındakı ümumi ikitərəfli ticarətin həcmi 463 milyon dollara çatmışdır. Azərbaycanın təcrübəli kadrları və tələbələrinə Hindistanın təhsil müəssisələrində bütün xərcləri qarşılanan təlim proqramları təklif edən Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (İTEC) proqramı çərçivəsində Hindistan və Azərbaycan arasında potensialın artırılması istiqamətində də genişlənməkdə olan əməkdaşlıq mövcuddur.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !