Lənkəranda Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilib - +FOTOLAR (AZpress.AZ, Ağaddin Babayev)

Lənkəranda Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilib +FOTOLAR (AZpress.AZ, Ağaddin Babayev)

https://www.facebook.com/groups/232461030668048/ 

 

Martın 9-da Lənkəran Dövlət Dram Teatrında Milli Teatr Günü münasibətilə
tədbir keçirilib. AZpress.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan teatrın
direktoru Tofiq Heydərov Azərbaycanda Milli Teatrın yaranma tarixindən,
rəhbərlik etdiyi kollektivin inkişaf yolu və yaradıcılıq planları barədə geniş
məlumat verib.
Bildirilib ki, bu gün ölkəmizdə teatrlar və sənət adamları diqqət və qayğı ilə
əhatə olunublar. Bakı şəhərində və əyalətlərdə yeni teatr binaları tikilir, mövcud
binalar isə əsaslı təmir edilir və ya yenidən qurulur.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Milli Teatr Gününün
təsis edilməsi haqqında” 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın
10-u ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd edilir. Artiq 128 yaşına qədəm
qoymuş Lənkəran teatrı da dərin mündəricəli əsərləri tamaşaya qoymaqla teatr
tariximizdə özünəməxsus ənənə formalaşdırıb. Həmin əsərlər bu sənət ocağında
istedadlı aktyor və rejissor nəslinin yetişməsinə səbəb olub, bütöv bir tamaşaçı
nəslinin estetik zövqünün formalaşmasında əhəmiyyətli rol oynayıb.
Ötən illər ərzində Lənkəran teatrı dəfələrlə respublikamızda, eləcə də xarici
ölkələrdə keçirilən beynəlxalq festivallarda nailiyyətlər qazanıb.
Perspektiv planlardan söz açan T.Heydərov teatrın qonşu İran İslam
Respublikasının Tehran şəhərində keçirilmiş 34-cü Beynəlxalq Fəcr Teatr
Festivalında, həmçinin iki dəfə bu ölkənin Həmədan şəhərində keçirilmiş Uşaq və
Gənclər Beynəlxalq Teatr Festivalında Azərbaycanı təmsil etdiyini
bildirib:”Qazaxıstan və Türkiyə respublikaları ilə də əməkdaşlıq barədə düşünürük.
Hələ 2018-ci ildə Qazaxıstanın Aktau Dram Teatrının rəhbərliyi ilə görüşərək
qarşılıqlı əsərlərin hazırlanması, səfərlərin təşkili ilə əlaqədar protokol
imzalamışıq. Bundan əlavə Türkiyədə İstanbul Böyük Şəhər Bələdiyyə Teatrı ilə
danışıqlarda müəyyən festivallarda iştirak etmək məsələləri ortaya qoyulub. Ümid
edirik ki, 2019-cu ilin axırına kimi Türkiyə və Qazaxıstanla aparılan işlər öz
bəhrəsini verəcək”.
Direktorun sözlərinə görə, Mədəniyyət Nazirliyinin təsdiq etdiyi repertuar
planına görə il ərzində teatrda 4 tamaşa hazırlansa da, əlamətdar bayramlarla
əlaqədar repertuar planından əlavə daxili imkanlar hesabına məktəblilər üçün daha
2-3 tamaşa hazırlanır. Bu günlərdə qırğız dramaturqu Mar Bayciyevin “Şənbə
axşamı” tamaşasının premyerası olub. Cari ildə C.Cabbarlının 120 illik yubileyi
münasibətilə ədibin “Vəfalı Səriyyə”, serb yazıçısı Miodraq Bulatoviçin “Qodo
gəldi”, Vaqif Əlixanlının “Dənizə baxan pəncərə”, Əli Əmirlinin “Ünvansız qatar”
əsərlərinin də səhnələşdirilməsi nəzərdə tutulub.
Tədbirdə uzunmüddətli səmərəli fəaliyyətlərinə görə teatrın aparıcı aktyorları,
Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, aktrisa Qızılgül
Quliyev və ədəbi-dram hissəsinin rəhbəri Ağaddin Babayev Fəxri fərmanlarla təltif
olunublar. “ARB Cənub” Televiziyası isə teatrın fəaliyyətini mütəmadi
işıqlandırdığı üçün təşəkkürnamə ilə mükafatlandırılıb.

Sonra teatrın səhnəsində Tərlan Abdullayevin müəllifi və quruluşçu rejissoru
olduğu “Sehirlənmiş qız” musiqi nağıl-tamaşasının premyerası olub. Dostluq,
mehribanlıq ideyasını təlqin edən səhnə əsərinin quruluşçu rəssamı Tərlan
Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Əsas rollarda aktyorlardan
əməkdar artist Sucəddin Mirzəyev, Qızılgül Quliyeva, Təranə Fərəcova, Aysel
Cahangirova, Arzu Abbaszadə. Məleykə Cəfərova, Amil İbrahimli və digərləri ifa
ediblər.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !