Cocuq Mərcanlı kəndində “Qayıdış” Yaz Məktəbinə start verildi - + FOTOLAR (AZpress.AZ Rüstəm İsmayılov)

Cocuq Mərcanlı kəndində “Qayıdış” Yaz Məktəbinə start verildi + FOTOLAR (AZpress.AZ – Rüstəm İsmayılov)

https://www.facebook.com/groups/232461030668048/ 

 

Martın 8-də sosial korporativ məsuliyyət çərçivəsində “ENGİN” şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının dəstəyi ilə Cəbrayıl Rayonunun Cocuq Mərcanlı kəndində keçirilən 3 günlük “Qayıdış” Yaz Məktəbinə start verilib.
“Qayıdış” Yaz Məktəbinin açılış mərasimində layihə heyəti, təşkilatçı qurumların nümayəndələri və məktəblilər iştirak edib. Açılış zamanı Yaz məktəbinin məqsədi, Cocuq Mərcanlı kəndinə olan diqqət vurğulanıb və məktəblilərə hədiyyələr paylanılıb.
Yaz məktəbinin birinci günündə Azərbaycan İntellektual Klublar Assosiasiyasının nümayəndəsi tərəfindən intellektual yarış keçirilib və yüksək marağa səbəb olan yarışda 60-dan çox məktəblinin iştirak edib.
“Qayıdış” Yaz Məktəbi Cocuq Mərcanlı kəndində yaşayan məktəbli və gənclərin Novruz bayramı ərəfəsində maraqlı vaxt keçirməsinə şərait yaratmaq, şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artması məqsədi daşıyır.
Martın 8-dən 10-dək davam edəcək olan “Qayıdış” Yaz Məktəbi çərçivəsində Cəbrayıl Rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagirdləri təlimçi və ekspertlər tərəfindən keçiriləcək incəsənət, yaradıcılıq, biznes, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcək. Yaz məktəbinin təşkilində tələbə-könüllülər fəaliyyət göstərəcəklər.
Yaz Məktəbi Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi, təlimlər isə Azərbaycan İntellektual Klublar Assosiasiyası, Təhsil Nazirliyinin SABAH qrupları, Youth Inc. Sahibkarlıq Proqramı, “Bd Kids” və “Asmart creative hub” Yaradıcılıq Mərkəzinin tərəfdaşlığı ilə baş tutur.
Qeyd edək ki, Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yaradılıb. Bu məsələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” Sərəncamı xüsusi əhəmiyyətə malikdir.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

               ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )