Azərbaycanlı məşhur alimin məqaləsi The Jakarta Post qəzetində - (+FOTOLAR)

Azərbaycanlı məşhur alimin məqaləsi The Jakarta Post qəzetində (+FOTOLAR)

https://www.facebook.com/groups/458090628035596/ 

 

Həmyerlimiz , kimya elmləri doktoru , professor Səid İrandostun İndoneziyanın www.thejakartapost.com qəzetində "Dünyadakı dördünücü sənaye inqilabında insan resursu üçün əhəmiyyətli cəhətlər" adlı elmi-publisitik mövzuda daha bir yazısı işıq üzü görüb.
İndoneziya Prezidenti Coko Vidodo 2030-cu ildə dünyanın Qlobal iqtisadi xəritəsində iştirak etmək üçün "Dördüncü sənaye inqilabı 4IR adlı proqram layihəsi irəli sürüb. Bu layihənin şərtlərində göstərilir ki, İndoneziya 2030-cu ildə dünyanın iqtisadi cəhətdən sənaye sahəsində inkişaf etmiş ilk onluğuna düşmək fikrindədir.

İnnovasiya texnologiyaları sahəsində böyük elmi yeniliklərin müəllifi olan həmyerlimiz Səid İrandost yeni İndoneziyanın ingilisdilli dövlət dərgisində yazdığı məqaləsində 203-un hədəfinə çatmağın yollarından bəhs edir. Buna görə 5 əsas texnologiya: İnternet, süni intellekt, -insan-maşın interfeysi, əmək texnologiyası cə sensor texnologiyanın, həm də 3D çapının əhəmiyyətindən bəhs edir. Qeyd edir ki, İndoneziyanın həyata keçirəcəyi strategiya 5 prioritet mövzuda ümumiləşir: yeyinti məhsulları və içkilər, avtomobil nəqliyyatı tikintisi, tekstil, elektrotexnika və kimya sənayesi.
Professor S.İrandost qeyd edir ki, bu məqsədlərə çatmaq üçün unutmaq olmaz ki, XXI əsr nanotexnologiyalar, biotexnologiyala, informasiya texnologiyası və konqnitiv texnologiyalar (NBIC) əsridir. Bu texnologiyalara dərindən yiyələnməklə insan öz gələcəyini və inkişafını təmin etmiş olacaq, deməli gələcək 10-20 il ərzində insan həyatı daha da təkmilləşərək, yaxşıya doğru dəyişməlidir.
İqtisadi yetkinliyə çatmağın yollarından bəhs edən, alim öz məqaləsində qeyd edir ki, 2010-cu ildə ABŞ-ın NBIC fondu insanların və cəmiyyətin inkişafı üçün gələcək onilliyin modelini belə hazırlayıb:
-- Müxtəlif peşə sahibi olan insanlar öz yaradıcılıqlarını insan təfəkkürü və anlayışına uyğun quraraq, əməkləri müqabilində müküfatlanacaqlar. Formal təhsildən müxtəlif və geniş əhatəli, həm də bir təhsil sisteminə keçiriləcək. Bunun üçün ilk əvvəl insan öz düşüncələrində fiziki aləmi anlamalıdır.
-- Ayrı- ayrı şəxslər və komandalar ənənəvi baryerləri aşaraq, mədəniyyətlə, dillə, goğrafi doistansiyaları aradan götürməklə, elmlə, peşəkar qabiliyyətlə, beynəlxalq aləmdə əməkdaşlığa üstünlük verməlidirlər.
-- Hər hansı bir məlumatın ötürülməsində, yayılmasında həm də milli təhlükəsizlik , kəşfiyyat məlumatları, biloji müharibələr, kimyəvi və nüvə hücumları kimi sistemlər haqqındakı məlumatlar təhlükəsiz şəbəkələrlə ötürüldükdə qorunmalıdır.
--Eyni zamanda alimlər yeni texnologiyalarla elmin müxtəlif sahələrində insanların , heyvanların , kənd təsərrüfatı məhsullarının genetikasının insanların rifahı naminə qorunmasına çalışmalıdırlar.
--Hər bir insanın əmək fəaliyyəti insan faktoruna, insanın sağlam yetişməsinə yöndəldilməli, rifahının yaxşılığını təmin edilməsi üçün əmək sərf edilməlidir.
--Elə bir səhiyyə sistemi qurulmalıdır ki, zəifləmiş və ya xəstələnmiş insan bədəni müalicəyə tez yönəlsin və artıq stress və küskünlük yaradan amillər aradan qaldırılsın.
-- Yeni 10 illikdə insanlar daha çox ekoloji təmiz məhsullarla qidalanmalıdırlar.
--Nəqliyyat təhlükəsizyi və təhlükəsiz nəqliyyat , nəqliyyat xərcləri ucuz və informasiya texnologiyalarına uyğunlaşdırılmış real vaxt ilə üst-üstə düşməlidir.Eyni zamanda nəqliyyat sistemləri yeni və komfortlu yüksək texnologiyalara cavab verən və effektli qurulmalıdır.
Professor Səid İrandost məqaləsində qeyd edir ki, bu mərhələdə NBIC dən istifadə olunmazsa, o qazancın və əldə olunan gəlirin bölüşdürməsində yaranan hərc mərcliklər baş verə bilər, belə hallar da qlobal təhlükəsizliyin əsas sosial risklərindəndir. Bu gün yeni texnologiylar dünyaya yad və qorxulu görünə bilər, çünki insanlar bunlarə qəbul etməyə tam hazır deyillər. Ona görə də insan rasional düşüncəsinə yeni meyyləri yeritmək üçün mütləq mənəvi, hüquqi, və etik çərçivələrdə yeni yanaşma tərzi hazırlanmalı və həyatın hər sahəsində tətbiq olunmalıdır. Belə yanaşma isə insanı müdrikləşdirəcək və mənəvi borcunu yerinə yetirmək məsuliyyəti yaradacaq.
--Biz NBIC-yə uyğun olan yeni insan yaratmalıyıq. O insan ki, inteqrasiyaya uyğunlaşa biləcək, bir neçə sahədə öz biliklərini tətbiq edə biləcək. Buna görə də həyatın bütün sahələrində təhsil mühüm rol oynamalıdır. Yeni işçi qüvvəsini yaradan universitetlər əmək bazarında yeniliklərin tətbiqini gətirməlidir, elə bir sistem ki, münasibətlərdə bərabərlik yaratsın.
Bu gün İndoneziyanın universitetləri 4IR texnologiyalarını genişləndirir, bunun əsasında da XXI əsrdə təhsilin və əməyin yeni iş yerləri yaratması fikrini bir daha əməli işdə tətbiq edirlər.".
Tirajı 100 mindən artıq olan https://www.thejakartapost.com qəzetində həmyerlimiz Səid İrandostun məqaləsi geniş marağa və müzakirələrə səbəb olub . Xatıqladaq ki, Səid İrandost bu qəzetdə çıxan məqalələrinin qonorarını da xeyriyyə fonduna köçürür.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

               ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )