Əlahiddə Ümumqoşun Orduda arxa təminatı avtomobil texnika və qurğularına baxış müsabiqəsi keçirilib - (ViDEO+FOTOLAR)

Əlahiddə Ümumqoşun Orduda arxa təminatı avtomobil texnika və qurğularına baxış müsabiqəsi keçirilib (ViDEO+FOTOLAR)

https://www.facebook.com/groups/AZPRESS.AZ/ 

 

Əlahiddə Ümumqoşun Orduda səhra şəraitində əsgərlərin yemək və su tələbatını ödəmək üçün təyin edilmiş arxa təminatı avtomobil texnika və qurğularına baxış müsabiqəsi keçirilərək qaliblər müəyyənləşdirilib. Hərbi hissə və bölmələr baxış müsabiqəsində səyyar soyuducular, səyyar çörək zavodları, su çənləri, səhra mətbəxləri və digər ləvazimatlarla iştirak ediblər.

 

                                                                                ***

 

Əlahiddə Ümumqoşun Ordunun yeni səhra təlim mərkəzi istifadəyə verilib

 

Martın 9-da Əlahiddə Ümumqoşun Orduda yeni təlim mərkəzi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev Ali Məclisinin sədrinə raport verib.
Ali Məclisinin sədri təlim mərkəzində yaradılan şəraitlə tanış olub. Bildirilib ki, təlim mərkəzi şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində bütün zəruri vasitələrlə təmin edilib. Ərazidə yeni yaşayış və xidmət binası inşa olunub, lazımi şərait yaradılıb. Binada rabitə qovşağı, ideoloji, yataq, yemək və texniki otaqlar istifadəyə verilib.
Təlim mərkəzində maneələr zolağı və təlimi idarəetmə məntəqəsi yaradılıb, yollar çəkilib, yaşıllıq zolağı salınıb. Səhra təlimlərinin keçirilməsi üçün ərazidə yeni düşərgə də qurulub. Düşərgədə şəxsi heyətin yaşayışı, qidalanması və xidmətin aparılması üçün tədbirlər görülüb, yataq yerləri və məişət guşələri istifadəyə verilib. Yaradılan şərait istənilən hava şəraitində təlimlərin uğurla həyata keçirilməsinə imkan verəcək.
Ali Məclisinin sədri Muxtar Respublikada Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib, xidmətin təşkili ilə bağlı tapşırıqlar verib.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

               ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )