ŞAR-da Tələbələr üçün Astronomiya Qış məktəbi adlı tədbir keçirilib - (+FOTOLAR)

ŞAR-da “Tələbələr üçün Astronomiya Qış məktəbi” adlı tədbir keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 08-10 mart 2019-cu il tarixində Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) 27 mart - Elm Gününə həsr olunmuş “Tələbələr üçün Astronomiya Qış Məktəbi” adlı tədbir təşkil edilib.
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, “Azərkosmos”, Tusi-Bohm Planetarium və “AstroKlub” tələbə dərnəyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirin rəsmi açılışında ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov çıxış edib.

O, qeyd edib ki, Dövlət başçısı Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında 09 aprel 2018-ci il tarixli Sərəncam imzalamışdır. Həmin sərəncamda hər il martın 27-nin Azərbaycanda “Elm günü” kimi qeyd edilməsi qərara alınmışdır. Bu əlamətdar günün yüksək səviyyədə keçirilməsi məqsədilə ölkə üzrə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. “Tələbələr üçün Astronomiya Qış məktəbi”nin təşkil edilməsi bu sahədə həyata keçirilən işlərdən biridir. Tədbirin əsas məqsədi tələbələrin astronomiya və kosmos elminə maraqlarını artırmaqdır.

Qeyd edək ki, üç gün davam edən tədbirdə Bakı Dövlət Universiteti, ADA, Milli Aviasiya Akademiyası, Moskva Dövlət Universitetinin Bakı filialı, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti, Qərbi Kaspi Universitetində təhsil alan 30-dan çox tələbəyə ŞAR əməkdaşları tərəfindən astronomiyanın müxtəlif sahələrini əhatə edən məruzələr təqdim edilib və onları maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda məktəb iştirakçılarına sertifikatlar təqdim edilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !