Nemətullah Naxçıvaninin əlyazmalarının elektron variantı Naxçıvan Bölməsinə təqdim edilib - (+FOTO)

Nemətullah Naxçıvaninin əlyazmalarının elektron variantı Naxçıvan Bölməsinə təqdim edilib (+FOTO)

 AZpress.AZ xəbər verir ki, Türkiyənin Naxçıvan şəhərindəki baş konsulu Mehmet Emin Kiraz AMEA Naxçıvan Bölməsində olub.

Qonaqla görüşdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” 29 oktyabr 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrdən danışıb. Bildirib ki, təsəvvüf və təfsir alimi Naxçıvaninin “Əl-Fəvatih-Ül-İlahiyyə-Vəl-Məfatih-Ül-Qeybiyyə” (Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi) üçcildlik əsərinin birinci cildi bölmənin əməkdaşı tərəfindən Türkiyə türkcəsindən Azərbaycan dilinə tərcümə olunaraq çap edilib, hazırda əsərin ikici və üçüncü cildləri üzərində işlənilir. Həmçinin bölmənin “Taleyi və sənəti” layihəsi çərçivəsində hər il işıq üzü görən məqalələr toplusunun növbəti sayı Nemətullah Naxçıvaniyə həsr edilib. Bundan əlavə, bölmədə Nemətullah Naxçıvaninin “Hidayətül–ixvan” (Qardaşların hidayəti) kitabı tərcümə olunaraq çapa hazırlanıb.
İsmayıl Hacıyev eyni zamanda cari ilin 5-7 iyul tarixində keçirilməsi nəzərdə tutulan “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfransla bağlı qonağa məlumat verib.
Konsul isə çıxışında bölmənin “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” kitabının Naxçıvan Muxtar Respublikasının mükafatına layiq görülməsi münasibəti ilə təbrik edib. O, vəsaitin Türk Tarixi Qurumu tərəfindən türk dilinə tərcümə olunacağını deyib, həmçinin Nemətullah Naxçıvaninin Türkiyə kitabxanalarında saxlanılan 12 əlyazmasının nüsxəsinin elektron variantını bölməyə təqdim edib.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev isə Naxçıvanla əlaqədar mühüm tarixi sənədlərin qardaş ölkənin arxiv və kitabxanalarından əldə edilməsi və elmi araşdırmalara cəlb olunmasının zəruriliyini vurğulayıblar.

Görüş zamanı Nemətullah Naxçıvaninin “Əl-Fəvatih-Ül-İlahiyyə-Vəl-Məfatih-Ül-Qeybiyyə” kitabının birinci cildi, ikicildlik “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” və “Nemətullah Naxçıvani: Taleyi və sənəti” kitabları qonağa hədiyyə olunub.

Baş konsul isə Türkiyə Baş Nazirliyinin Dövlət Arxivi tərəfindən hazırlanan “Osmanlı arxiv sənədlərində Naxçıvan” kitabını bölməyə hədiyyə edib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !