"Rekord qırdı" nədir? Yox bir, rekord sındırdı... - - Rəhman Orxan yazır..

"Rekord qırdı" nədir? Yox bir, rekord sındırdı... - Rəhman Orxan yazır..

https://web.facebook.com/groups/1110444829106515/ 

 

A millət, sənin gül kimi dilin-danışığın harda qaldı? "Dədə-babadan" deməmişik ki, "rekord qazandı", "rekord əldə etdi", "rekorda nail oldu"?.. Yoxsa "nail" sözü xoşunuza gəlmir, dilinizə gətirəndə... dilinizə qurd düşür? Fars sözüdür? Onda gəlin minlərlə ərəb, fars sözlərini dilimizdən çıxardaq, danışığımızı da itirək.

Bəsdir də, türk qardaşlarımızın dilindən çıxan hər sözü, ifadəni yeri oldu-olmadı dilimizə gətirməyimiz. ANA dilimizə niyə düşmən kəsilmisiniz? Yoxsa biz də onlar kimi "qiymət" əvəzinə "fiat" deməliyik, "şimdi", "küçük", "krovat", "amca" və s. kimi sözlər işlətməliyik? Erməni Mesropdur-kimdir, türk qardaşlarımızın dilini qəsdən kefi istədiyi kimi dəyişdi ki, biz bir-birimizi anlamayaq. "Fiat" nə sözdür, "krovat" nədir (heç olmasa, misal üçün "köynək bağı", "köynək düyünçəsi" deyəydilər...)?

Yenə deyirəm, gəlin ilk növbədə özümüzə, öz ANA dilimizə hörmət edək!.. Sonra - başqa qardaş və qardaş olmayan dillərə...

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

               ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )