“Buratino” nağıl-tamaşası... - + FOTOLAR (AZpress.AZ Nəriman İsmayılov)

“Buratino” nağıl-tamaşası... + FOTOLAR (AZpress.AZ – Nəriman İsmayılov)

https://web.facebook.com/groups/232461030668048/

 

Teatrın kollektivi bu dəfə balaca teatrsevərlərin görüşünə görkəmli rus yazıçısı Aleksey Tolstoyun “Qızıl açar və yaxud Buratinonun macəraları” povesti əsasında hazırlanan “Buratino” nağıl-tamaşası ilə gəldi. Dünyanın bir çox teatr məkanlarında tamaşaçılara müxtəlif yozumlarda göstərilən oduncaq adam - Buratino haqqında rəvayətlər bu dəfə Akademik Musiqili Teatrın gənc rejissoru Elməddin Dadaşovun quruluşunda təqdim olunub. Tərcüməsi Əməkdar artist Nicat Kazımova aid olan “Buratino” tamaşasında, məşhur “Buratinonun macəraları” filmində səsləndirilən bəstəkar Aleksey Rıbnikovun musiqilərindən istifadə olunub.
Tamaşanın ümumi səhnə tərtibatı - hərəkətli işiq effektləri ilə rəngarəng musiqilərin həmahəngliyi, eləcə də aktyorların ifaları və balet artistlərinin rəqsləri, göz oxşayan geyimlər azyaşlı teatr həvəskarların əhval-ruhiyyəsinə, zövqünə uyğun düşünülüb, həm psixoloji, həm də tərbiyəvi əhəmiyyətə malikdir.
Dünyanın bir çox teatr məkanlarında tamaşaçılara müxtəlif yozumlarda göstərilən oduncaq adam – Buratino haqqında rəvayətlər bu dəfə Azərbaycan Dövlət Akademik Musiqili Teatrın gənc rejissoru Elməddin Dadaşovun quruluş və musiqi tərtibatında təqdim olunacaq. Tərcüməsi Əməkdar artist Nicat Kazımova aid olan Buratino haqqında məşhur nağıla o indi tamam fərqli aspektdən yanaşıb.” Uzun illər “Buratino” filminin şöhrət qazanmasını nəzərə alaraq, ona daha böyük məsuliyyətlə və xüsusi özəlliklə yanaşmışam. Filmdə səslənən bəstəkar Aleksey Rıbnikova məxsus olan musiqi nömrələri bu tamaşada orijinal variantda yer alıb və ən əsası, mahnının sözləri doğma dilimizdə təqdim olundu. Tamaşanın rejissoru olduğum halda inanıram ki, dünyanın bir çox ölkələrində böyük maraqla qarşılanan “Buratino” Azərbaycan Dövlət Akademik Musiqili Teatrın təqdimatımda bizim sevimli tamaşaçılarımız üçün də əsl bayrama çevriləcək”,-deyə E.Dadaşov quruluş verdiyi tamaşa haqqında geniş məlumat verib.
Əməkdar artistlər - Səmayə Musayeva, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Hüseyn Əlili, Səmədzadə Xasıyev, Zaur Əliyev, Mehriban Rəcəbova, Elnarə Nağdəliyeva, Gülçöhrə Abdullayeva, Nərmin Əliyeva, Eleanora Mehdiyeva, Rauf Babayevin ifa etdikləri maraqlı rollar balaca tamaşaçıları əsl möcüzələr aləminə apardı.
Qeyd edək ki, teatrın yaradıcı gənclərinə dəstək məqsədilə səhnəyə qoyulan tamaşanın bədii rəhbəri teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, quruluşçu rəssamı Vüsal Rəhim, geyim üzrə rəssamı Yelena Almazova, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

               ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )