TOPs layihəsi çərşivəsində ibtidai sinif müəllimləri üçün keçirilən təlimlər başa çatıb - (+FOTOLAR)

TOPs layihəsi çərşivəsində ibtidai sinif müəllimləri üçün keçirilən təlimlər başa çatıb (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, “TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsinin beşinci mövsümündə ibtidai sinif müəllimləri üçün keçirilən təlimlər başa çatdı.

TOPs proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgəəməkdaşlığı ilə həyata keçirilir.

Proqram çərçivəsində ümumtəhsil məktəblərində ibtidai sinif müəllimlərini fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyaları ilə təmin etmək məqsədilə təlimlər keçirilib. Proqramda nəzərdə tutulmuş 100 ümumtəhsil məktəbindən ümumilikdə, 200 nəfər ibtidai sinif müəllimi təlimlərdə iştirak edib. Layihədən yararlanan şagirdlərin sayı isə 62666 nəfərdir ki, onlardan 30230 – nu qızlar təşkil edir. Bu metodika həm də inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.

Layihənin rəhbəri Vəli Musayev bildirib ki, təlimlərdə iştirak edən ibtidai sinif müəllimlərinə Sertifikatlar təqdim olunacaqdır:

“TOPs proqramı çərçivəsində fiziki tərbiyə fənnini tədris edən müəllimlərlə yanaşı, ibtidai sinif müəllimləri üçün də metodiki təlimlər təşkil olunub. Təlimlər müddətində müəllimlərin praktiki bacarıqlarının artırılmasına və daha keyfiyyətli dərslərin tədrisinə nail olmaq üçün praktiki fəaliyyətlər həyata keçirilib və yeni tədris metodları izah olunub.

Təlimlərdə müəllimlərə Metodiki tədris kartları da təqdim olunub. Bu kartlar Milli Fiziki Tərbiyə Kurikulumuna uyğun hazırlanıb və gündəlik planlaşdırmanı əvəz edir”.

Təlim iştirakçısı, 52 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Vüsalə Musayeva bildirib ki, təşkil edilən təlimlər onda dərin təəssürat yaradıb:

“TOPs Proqramı fiziki məhdudiyyətli uşaqları necə dərslərə və idman oyunlarına cəlb etməli olduğumuzu da bizə öyrətdi. Burada uşaqların birliyi, həmrəyliyi, dostluğunun təşkili mənə dərin təəssürat bağışladı. Mənim üçün gözəl təcrübə oldu. Bu təlimin bizə öyrətdiklərini mən öz dərslərimdə də tətbiq edəcəyəm”.

Təlimlərdə iştirak edən müəllimlər mənimsədikləri müasir təlim üsulları ilə açıq dərslər keçəcək və idman festivalları təşkil edəcəklər.

Qeyd edək ki, Azərbaycanda TOPs proqramının tətbiqinə 2014-cü ildə pilot layihə kimi start verilib. 2014-2019 - cu illəri əhatə edən dövr ərzində 489 nəfər ibtidai sinif və 1376 nəfər fiziki tərbiyə müəllimi yerli və xarici mütəxəssislər tərəfindən təlimlərə cəlb olunaraq sertifikatlandırılıblar.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !