Region gənclərinin Avropa Start-Up təcrübəsinin öyrənilməsi adlı layihə - (+FOTOLAR)

“Region gənclərinin Avropa Start-Up təcrübəsinin öyrənilməsi” adlı layihə (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, "Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı" ictimai birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region gənclərinin Avropa Start-Up təcrübəsinin öyrənilməsi” adlı layihə icra edir. Layihənin məqsədi Gəncə, Qəbələ və Şəki şəhərlərində yaşayan gənclərə Avropada mövcud olan Start-Up təcrübəsinin öyrətmək, ölkəmizdə bu sahədə mövcud şərait və imkanlarla yaxından tanış etmək, onların müvafiq vərdiş və bacarıqlarını artırmaqda.

Layihə çərçivəsində ilk tədbir Gəncə şəhər təşkil edilmişdir. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncə şəhər Gənclər evinin təşkilatı dəstəyi ilə Gənclər evində tədbir baş tutmuşdur. Tədbirdə 50-dən çox tələbə və gənc iştirak etmiş, onlara layihəni icra edən təşkilat, Azərbaycan Gənclər Fondu barəsində məlumat verilmiş, layihənin məqsədi haqda informasiya verilmiş. Daha sonra təlim keçirilmiş və Avropa Start-Up təcrübəsi vəölkəmizdə mövcud imkanlar barədə geniş məlumatlar verilmişdir. Növbəti tədbir Qəbələ şəhərində baş tutmuşdur. Qəbələ rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə Qəbələ gənclərinə Start-UP layihələrin hazırlanması və idarə olunması barədə, yeni innovativ təcrübənin əsas istiqamətləri barəsində ətraflı məlumat verilmişdir. Sonuncu tədbir Şəki şəhərində Şəki Olimpiya İdman Kompleksində keçirilmişdir. Şəki şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə gənclər müvafiq təlimlər, təcrübə mübadiləsi keçirilmişdir.

Layihə çərçivəsində keçirilən bütün tədbirlərdə gənclərə müvafiq məlumatlandırıcı bukletlər və informativ posterlər təqdim edilmişdir, hər bir iştirakçıya muvafiq qovluqlar, qeyd dəftərləri,qələmlər verilmişdir. Təlimdə iştirak edən hər bir gəncə layihədə iştirak etdiyi üçün sertifikat təqdim edilmişdir. Sonda xatirə şəkli çəkdirildi.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !