Ş.Məmmədova adına Opera studiyasında məşhur operanın səhnəyə qoyulması... - + FOTOLAR (AZpress.AZ Nəriman İsmayılov)

Ş.Məmmədova adına Opera studiyasında məşhur operanın səhnəyə qoyulması... + FOTOLAR (AZpress.AZ – Nəriman İsmayılov)

https://www.facebook.com/groups/232461030668048/

 

P.İ.Çaykovskinin “Qaratoxmaq qadın” operasının səhnələşdirilməsi çoxdan
arzulanan idi. Ş.Məmmədova adına Opera studiyasının səhnəsində rus bəstəkarının
məhşur operası böyük marağa səbəb olmuşdur.
Səbirsizliklə gözlənilən bu premyeranın uğur qazanması bura cəlb olunan
bütün iştirakçıların böyük zəhməti hesabına baş tutmuş olur.
P.İ.Çaykovskinin “Qaratoxmaq qadın” operası dünya opera musiqisində
nadir əsər kimi qəbul olunur və onun səhnə quruluşu heç də asan iş deyil. Odur ki,
bu il martın 8 və 11 – də Ş.Məmmədova adına Opera studiyasının səhnəsində
keçirilən bu operanın tamaşaları təqdirəlayiqdir. Bununla bağlı olaraq bu tamaşada
bilavasitə əməyi olan quruluşçu-rejissor, opera rejissorlarının Beynəlxalq
müsabiqələrin laureatı olan Aleksey Smirnovu (Moskva, Rusiya) göstərmək
lazımdır. Bununla yanaşı operanın musiqi rəhbəri kimi Opera studiyasının bədii
rəhbəri, Azərbaycan Respublikasının xalq artisti , dirijor Fəxrəddin Kərimov,
xormeyster Gülbacı İmanova, konsertmeyster Yuliya Kərimova və quruluşçu-
rəssam Elena Bodrovanı qeyd etmək lazımdir (Moskva, Rusiya).
Qeyd edək ki, tamaşada teatrımızın solistləri, Əməkdar Artistlər Fəridə
Məmmədova, Anton Ferştandt, Səbinə Əsədova, Adil Axundov və başqaları çıxış
ediblər.
P.İ.Çaykovskinin “Qaratoxmaq qadın” operasının tamaşasında iştirak edənlərin
sırasında dəvət olunmuş müğənnilər, BMA-nın vokal kafedrasının tələbələri,
Opera studiyasının xoru ilə yanaşı 12 nömrəli uşaq musiqi məktəbinin xorunun
bilavasitə iştirakı qeyd olunmalıdır.
Təbii ki, burada Opera studiyasının direktoru Həsənov Hidayət müəllimin
əməyi xüsusi olaraq qeyd olunmalıdır. Son olaraq P.İ.Çaykovskinin “Qaratoxmaq
qadın” operasının səhnədə canlandırılmasında BMA –nın təhsil işləri üzrə
prorektoru , Azərbaycan Respublikasının əməkdar müəllimi, professor Nərminə
xanım Quliyevaya dərin minnətdarlığımızı bildiririk.

Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru,
professor Ülviyyə İmanova

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

               ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !