Paşinyan...Azərbaycana meydan oxuyur... - - Qulu Məhərrəmli yazır..(+FOTOLAR)

Paşinyan...Azərbaycana meydan oxuyur... - Qulu Məhərrəmli yazır..(+FOTOLAR)

https://www.facebook.com/groups/984665661568872/ 

 

N.Paşinyan erməni hiyləgərliyinin müəyyən texnologiya olduğunu nümayiş etdirir. O, bir tərəfdən Qərbdə Ermənistanın demokratik imicini yaratmağa çalışır: Avronyusa müsahibə verib “biz avtoritar olmayacağıq” deyir. Digər tərəfdən ölkə içində mövqelərini möhkəmlətməkdə davam edir. Qarabağda hərbi xidmətdə olan oğluna baş çəkir, bu gün isə Xankəndində Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirir. Paşinyan bu addımı ilə: a) Azərbaycana meydan oxuyur; b) ona müxalifətdə olan Koçaryan-Sərkisyan blokunu tərksilah edir; c) ATƏT-in Minsk qrupuna deyir ki, bizdən güzəşt gözləməyin, gedin öz işinizlə məşğul olun; ç) Rusiyaya mesaj verir ki, sən bizim mövqeyimizi daha açıq müdafiə etməlisən; d) gözlənilən yüksək səviyyəli Azərbaycan-Ermənistan görüşünün nəticəsiz olacağının anonsunu verir.


 

Bəs Azərbaycan nə etməlidir? Məncə, biz hazırda Qarabağ məsələsində yeritdiyimiz tam effektsiz, dişsiz, qorxaq sülh siyasətini, o cümlədən indiki diplomatik ritorikanı, həmçinin Qarabağla bağlı hazırkiı status-kvonu tədricən dəyişməyə çalışmalıyıq. Yəni ölü situasiyadan çıxmaq üçün real addımlar atmalıyıq. Çünki Bakının indiki əlverişsiz müdafiə mövqeyi Ermənistanı ürəkləndirir. Paşinyanın bəzən qeyri-diplomatik və hətta aşağılayıcı davranışları, məhz bu situasiyadan qaynaqlanır. Yerevan davamlı təzyiq hiss etmədikcə azğınlaşır. Əlbəttə, təmkinlə davranmaq, xüsusən Rusiya faktorunu nəzərə almaq diplomatiya baxımından yaxşıdır, amma hazırda baş verənlərə susqun qalmaq yanlışdır...

 

http://azpress.az/index.php?lang=az&sectionid=news&id=87657

 

http://azpress.az/index.php?lang=az&sectionid=news&id=87658

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

               ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )