“İlin işgüzar xanım”ı hansı məşhurlar oldu? - - (+FOTOLAR)

“İlin işgüzar xanım”ı hansı məşhurlar oldu? - (+FOTOLAR)

 Hər il ənənəvi olaraq "Romans Palase" restoranında Mətbuat firmasının təsis etdiyi « İlin İşgüzar Xanımı» Müstəqil Milli Mükafatının təltifetmə mərasimi keçirilib.

AZpress.AZ xəbər verir ki, Sədaqət Rəşidqıznın təşkilatçılığı ilə baş tutan mükafatlandırma mərasimində Azərbaycanın bir çox sahələrində uğur qazanan xanımlar, millət vəkilləri, həkimlər, aparıcılar, yazarlar mükafat aldılar.

Mərasimdə xanımlara əsl bayram əhval-ruhiyyəli proqram təqdim edilib. Bu ildə tədbirdə millət vəkilləri Qənirə Paşayeva, JaləƏliyeva, Kamilə Əliyeva, xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artist Sənübər İsgəndərli, aktrisa və teleaparıcı XuramanƏlizadə, prodüser Mədinə Məlik, aparıcılar Lətafət Ələkbərova, Lamiyə Ələkbərova, Leyla Quliyeva, Alidə Mustafayeva, Xanım Yadigarlı, Zülfiyyə Bayramova, jurnalistlər Natavan Arifqızı, Ülkər Qasımova, işgüzar xanımlar Zərintac İsmayılova, Qəmər Əliyarova, Günay Ağamalı, Sevanna xanım, Gülsüm Ağayeva, Hicran Xıdırova, Gülsüm Ağayeva, Nuranə Salmanova və iş həyatında uğurlar qazanmış digər xanımlar “İlin işgüzar xanımı” adına layiq görülüblər. Tədbirdəhəmçinin il ərzində dövlət, mədəniyyət, elm və təhsil sahələrində də uğur qazanan xanımlarda mükafata layiq görülüb. Tədbirdəmüğənnilər də çıxış edib və onları musiqi töhvələri ilə təbrik ediblər.

Qeyd edək ki, ”İlin işgüzar xanımı” mükafatı 13 ildir təqdim olunur.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )