AQTİ maarifləndirmə tədbirlərini davam etdirir: - növbəti təlim Gəncədə keçirildi (+FOTOLAR)

AQTİ maarifləndirmə tədbirlərini davam etdirir: növbəti təlim Gəncədə keçirildi (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Martın 13-də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) təşkilatçılığı və Azərbaycan  Qida Təhlükəsizliyi Agentliyinin Gəncədəki regional  bölməsinin təşəbbüsü ilə İstehsal və ictimai- iaşə müəssisələrində qida təhlükəsizliyi sisteminin idarə edilməsində beynəlxalq təcrübə və şəxsi gigiyena qaydaları mövzusunda təlim keçirilib.

AQTİ-nin Sahibkarlarla Əməkdaşlıq Departamentinin əməkdaşı Seymur Qafarov tərəfindən aparılan tədbirdə iştirakçılara təmizlik vərdişlərinə yiyələnmə, şəxsi gigiyena qaydaları, müəssisələrdə sanitar-gigiyenik normaların qorunması, qida məhsullarının çirklənməsi, HACCP prinsipi haqqında ilkin məlumatlandırma, zərərvericilərlə mübarizə, COSHH sistemi, kimyəvi vasitələrin düzgün istifadə qaydası və s. mövzular barədə maraqlı məlumatlar verilib. İnteraktiv üslubda keçirilən təlimdə video materialla təqdim olunub, iştirakçılar öz fikir və təkliflərini diqqətə çatdırıblar, suallar cavablandırılıb.  Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !