“AtaBank” ASC depozit qutuları üzrə Novruz kampaniyasına start verir - (+ViDEO)

“AtaBank” ASC depozit qutuları üzrə Novruz kampaniyasına start verir (+ViDEO)

https://www.facebook.com/groups/250993438794052/

 

Bu gündən etibarən AtaBank-ın deposit seyflərindən istifadə etmək üçün icarə haqqının 50%-ni ödəmək yetərlidir. Yəni kampaniya müddəti ərzində 30 manatlıq seyf 15 manata, 50 manatlıq seyf 25 manata, 70 manatlıq seyfisə 35 manata icarəyə verilir.
Müştərinin arzusuna görə müxtəlif ölçülü depozit qutuları təklif olunur.İcarə haqqı qutunun ölçüsündən və icarə müddətindən asılı olaraq müəyyən edilir. Depozit seyflərinin icarə müddəti 1 aydan 1 ilədəkdir. Müştərilərin rahatlığı üçün qutular “AtaBank” ASC-nin iki ünvanında təqdim olunur: Baş ofis və “Dostluq” filialı.
Bu qutularda pul vəsaiti, zinət əşyaları, sənəd vəqanunla qadağan olunmamış digər dəyərli əşyalar saxlamaq mümkündür.
Xatırlatmaq istərdik ki, seyflər bankın ən yüksək mühafizə sistemi və kompleks açarlarla qorunur.
Novruz bayramı ərəfəsində yarı qiymətə təklif olunan depozit qutularından faydalanmağa tələsin. Endirim kampaniyası 30 Aprel 2019-cu il tarixinə kimi davam edəcək.
Bankın xidmət və kampaniyaları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər 136 qaynar xəttinə zəng vura və ya bankın yenilənmiş internet səhifəsini ziyarət edə bilərlər – www.atabank.com

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

               ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )