Heydər Əliyev: - Mən soruşmuram siz bunları niyə edirsiniz?

Heydər Əliyev: Mən soruşmuram siz bunları niyə edirsiniz?

https://www.facebook.com/groups/604248139738662/ 

 

Ümummilli lider Heydər Əlyevdən İran diplomatına dərs: Mən soruşmuram siz bunları niyə edirsiniz?

Ermənistanın faktiki olaraq Azərbaycan, Gürcüstan, Türkiyə tərəfindən blokada vəziyyətinə düşdüyü bir vaxtda İran sərhədlərini açdı və Ermənistana iqtisadi yardım etməyə başladı. Faktiki olaraq, Ermənistanın işğalçı siyasətini davam etdirməsi üçün şərait yaratdı. Həmin dövrdə Ermənistan Prezidenti Levon Ter Petrosyan mətbuata açıq deyirdi ki, əgər İran bizlə sərhədləri bağlasa, 1 ay ərzində Ermənistan dövləti çökəcək. Deməli, işğala da son qoyulacaqdı. Ancaq İran bunu etmədi və şərait yaratdı ki, ermənilər Azərbaycan torpaqlarını işğal etsinlər, dinc əhalini qırsınlar.

Mən xatırlayıram, həmin dövrdə Azərbaycan Prezidenti Heydər Əliyev İran İslam Respublikasının xarici işlər naziri ilə görüş zamanı bütün bu faktları açıq şəkildə ona deyirdi və İranın XİN rəhbəri cavab verə bilməyib, susurdu. Axırda Heydər Əliyev son nöqtəni qoyaraq ona dedi ki, mən soruşmuram siz bunları niyə edirsiniz? Məni bir məsələ maraqlandırır, siz Azərbaycan torpaqlarını işğal edən, Azərbaycanın dinc əhalisini qıran ermənilərə dəstək verəndən, onlarla görüşəndən, salam verəndən sonra əlinizi gedib yuyursunuz, yoxsa yox? Burada heç bir cavab olmadı. İran XİN rəhbərini çox aciz vəziyyətdə gördüm.

 

 

(Təqdim etdi: Sənan Nəcəfov) 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

               ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )