BU DA BİR AŞİQ DİLƏYİ - - Əbülfət Mədətoğlu

BU DA BİR AŞİQ DİLƏYİ - Əbülfət Mədətoğlu

https://www.facebook.com/groups/458090628035596/

 

( " Bir qadına... və hamıya" silsiləsindən)

 

İşıq sönür... o anda -
şam da , çıraq da, od da...
Çaxmaq daşı tək məni -
qığılcımınla odla -
bir olaq!..


Külək əsir , ya da meh
kipriyimə hopur şeh...
Sıxma ürəyini sən
mən ümiddən aldım beh -
pir olaq!...


Üyünür hər cür dən də
artıq da , yaxud kəm də...
Bir -birinə sarılan
həsrətli Araz , həm də -
Kür olaq...


Qarışanda qəm işə
ağrı çökür nəm işə!..
Dözüb hər cür gəlişə
Sevgimizlə, həmişə -
sirr olaq... 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

               ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )