...lazım olsa şalvarımı da çıxardacağam... - - Hafiz Hacıyev (+ViDEO)

...lazım olsa şalvarımı da çıxardacağam... - Hafiz Hacıyev (+ViDEO)

https://www.facebook.com/groups/984665661568872/ 

 

Xəbər verdiyimiz kimi, ötən gün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev “Yeni Müsavat” qəzetinin “Facebook” səhifəsindəki canlı yayımda maddi durumunun aşağı vəziyyətdə olduğunu bildirib. Partiya sədri canlı yayımda ayaqqabısını çıxardaraq ona müxalif mətbuatı maliyyələşdirdirdiyi ilə bağlı sual verən tamaşaçıya göstərib və bu sözləri deyib:

“Mən acından ölənin biriyəm, ayaqqabımın on yerdən yamağı var. Pinəçi deyir ki, sənin ayaqqabın o qədər köhnəlib ki, yamaq götürmür. Kostyumumun qiyməti 13 manatdır”.

Onun bu hərəkəti əksəriyyət tərəfindən birmənalı qarşılanmayıb.

Anews.az-ın məlumatına görə, H.Hacıyev açıqlama verərək bu hərəkətindən heç də peşman olmadığını dilə gətirib:

“Dünən canlı yayımda öz sözümü demişəm. Kim nə deyir, qoy desin. Çıxışım birmənalı qarşılanmayıb? Lap yaxşı. Mən də istəyirəm ki, çoxmənalı qarşılansın. Canlı yayımda ayaqqabımı çıxarmışam. Bundan peşman da deyiləm. Belə düşünürəm, belə də edirəm. Heç kimə hesabat verəsi deyiləm. Məni qınayanlar səhv edir. Yaxşı edirəm ayaqqabımı çıxarıram. Sabah lazım olsa şalvarımı da çıxardacağam. Onun kiməsə nə aidiyyatı var?”.

Maddi vəziyyətinin aşağı olmasından gileylənən Hafiz Hacıyev saytımıza açıqlamasında aylıq gəliri barədə də məlumat verib:

“Rüşvətxor, korrupsioner deyilik, malliyyə vəziyyətimiz gərgindir. Gəlir var ki, açıqlama da verək? Özümüz özümüzü zorla dolandırırıq”. BiG.AZ

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

               ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !