Vətəndə ziyarətsiz, ruhu yollarda qalan ölülər ... - + FOTOLAR (AZpress.AZ Maya Quliyeva)

Vətəndə ziyarətsiz, ruhu yollarda qalan ölülər ... + FOTOLAR (AZpress.AZ – Maya Quliyeva)

https://www.facebook.com/groups/232461030668048/

 

Nə xoşbəxtdir əzizlərinin qəbrini ziyarət edənlər . Nə xoşbəxtdir bu gün ziyarətə gedə bilmədim ,sabah gedərəm deyənlər .
Bir qorxulu , hədələyici şərtləri - demək olar ki , heç yanda yazılmamış qanunları vardı o vaxtkı ağsaqqal-ağbirçəklərin və ata-anaların öz övladlarına .
Bax haa filan şeyi etsən - ölsəm ölümün sonra da qəbrimin üstdə gəlmə deyirdilər .!
Bu hədə , adətən ən çox qızlara və oğlanlara - filankəsə getsən-qoşulub qaçsan , ya da əgər filan qızı alsan söhbəti əsasında qoyulan şərt idi .
Hələ də cingildəyir o söz qulaqlarımda ...
Bəs bizlə - qarabağlılara əcdadlarımızın şərti nə olub ki , əməl etməmişik . Indi nəinki qəbristanlığa heç o torpaqlara gedə bilmirik ...
Amma indi qayıdıb kimisə də tapmırsan , deyə bilmirsən ki ,30 ildi ölülərimizin qəbrini ziyarət etmirik ... Götürün qarğışınızı , çıxarın bizi bu tilsimdən...
Yadımızdasız , amma əlacsız və çarəsizik .
Bayramınız mübarək , Vətəndə ziyarətsiz , ruhu yollarda qalan ölülər ... 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

               ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )