Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda "Elm günü" ilə əlaqədar silsilə seminarlara start verilmişdir - (+FOTOLAR)

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda "Elm günü" ilə əlaqədar silsilə seminarlara start verilmişdir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, "Elm günü" münasibətiləilk seminar 15 mart 2019-cu il tarixində keçirilmişdir. İnstitutun Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının müdiri, b.ü.e.d., dosent Şahniyar Bayramov“Zülalların deqradasiyasının ubikivitin-proteasom yolu” mövzusunda çıxış etmişdir. Uzun zaman Avropanın bir çox ölkələrində, ABŞ-da çalışan təcrübəli tədqiqatçının çıxışı seminar iştirakçılarının böyük marağına səbəb olmuş və mövzu ətrafında geniş müzakirələr aparılmışdır.

Daha sonra çıxış üçün söz institutun Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Abdullayeva Gülnara verilmişdir. 2018-ci ildə magistraturanı bitirən G. Abdullayeva təhsil müddətində AMEA üzrə ən yüksək göstəricilərə malik olmuşdur. İslam inkişaf bankının qrant müsabiqəsinin qalibi olmuş gənc tədqiqatçı “DNT polimeraza fermentləri, genomun qeyri stabilliyi və kanser” mövzusunda çıxış etmiş və verilən suallarıətraflı cavablandırmışdır.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )