AMEA-nın İctimai Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib - (+FOTOLAR)

AMEA-nın İctimai Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, martın 15-də Azərbaycan Milli Elmlər Akademiyası İctimai Elmlər Bölməsinin növbəti Ümumi yığıncağı keçirilib. Tədbirdə bölmənin akademik-katibi, akademik Nərgiz Axundova, bölmə üzvləri, müvafiq elmi müəssisələrə qəbul olunmuş doktorantlar və onların elmi rəhbərləri, aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.

İclası giriş sözü ilə açan akademik Nərgiz Axundova iştirakçıları gündəliklə tanış edib. Bildirib ki, tədbir bölməyə daxil olan elmi müəssisələrdə 2018-2019-cu tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələrinin müzakirəsinə həsr olunub. Akademik qeyd edib ki, cari tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 16 nəfər qəbul olunub.

Müzakirələrdən sonra dissertasiya mövzuları və elmi rəhbərlər təsdiq edilib, qəbulun nəticələrinin AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )