Bakı Dövlət Universitetinin IV kurs tələbələri istehsalat təcrübələrini AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçirirlər - (+FOTOLAR)

Bakı Dövlət Universitetinin IV kurs tələbələri istehsalat təcrübələrini AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçirirlər (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, hər il olduğu kimi, 2018/2019-cu tədris ilində də Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin biologiya ixtisası üzrə IV kurs 080A (Azərbaycan bölməsi) və 091E (ingilis bölməsi) qruplarının tələbələri istehsalat təcrübələrini AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçirirlər. Tələbələr müxtəlif qruplara bölünərək institutun müvafiq elmi-tədqiqat laboratoriyalarında çalışan aparıcı mütəxəssislərə təhkim olunmuşlar. Artıq bir aydır ki, onlar laboratoriyalarda mövcud olan avadanlıqların iş prinsipinlərini öyrənmiş və hazırda təcrübələrin gedişində yaxından iştirak edirlər. Bu gün Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olmuş və BDU-nun tələbələrinin istehsalat təcrübəsinin gedişatı ilə yaxından maraqlanmışdır. Elçin Babayev tələbələrin tədqiqat işlərinə qoşulduqları hər bir laboratoriyaya baş çəkmiş, tələbələrə suallar vermiş, təcrübə gündəlikləri ilə tanış olmuşdur.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )