Yüksək Texnologiyalar Parkı tərəfindən elan edilmiş müsabiqənin nəticələri müzakirə olunub - (+FOTO)

Yüksək Texnologiyalar Parkı tərəfindən elan edilmiş müsabiqənin nəticələri müzakirə olunub (+FOTO)

 AZpress.AZ xəbər verir ki, AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) tərəfindən keçirilən "Elm həftəsi" öz işini martın 14-də davam etdirib.

Tədbirin dördüncü günündə YT Park tərəfindən 3 kateqoriya üzrə elan olunmuş müsabiqəyə təqdim edilən layihələrin müzakirəsi aparılıb. Müsabiqə komissiyasının üzvləri layihə təkliflərinin qeydiyyatını aparıb, onları kateqoriyalar üzrə qruplaşdırıb, daxil olan sənədlərin formalara uyğunluğunu yoxlayıb və fərdi layihələrin müəllifləri ilə söhbət aparıblar.

Qeyd edək ki, “Elm həftəsi”nin bağlanış mərasimi martın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutacaq. Tədbirdə "Ən yaxşı innovasiyalı ideya", "Ən yaxşı innovasiyalı layihə" və "Ən yaxşı innovasiya məhsulu" üzrə müsabiqənin qalibləri müvafiq olaraq 500, 1000 və 1500 manat məbləğində mükafatla təltif ediləcəklər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )