Futbolçuya qayğı göstərilrmədən futbol oynamaz... - - Tahir Süleymanov

Futbolçuya qayğı göstərilrmədən futbol oynamaz... - Tahir Süleymanov

https://www.facebook.com/groups/1110444829106515/ 

 

Flavinyonun çox üstün keyfiyyətləri var idi. Tək futbolçu bacarığı yox, insan kimi sakit, gülərüz, dürüst, alicənablığı ilə seçilirdi. Komanda yoldaşları ilk gündən onu şəksiz lider kimi qəbul edirdi...

Rəqiblər Flavinyonun qarşısını almaqda çətinlik çəkirdilər. Hər oyundan sonra zərbələrdən ayaqları göm-göy olurdu. Meydanda onunla bacarmayanda, tez-tez qəddarlığa əl atılırdı.

İlk mövsümdəcə futbolçunu "ovladılar-ovladılar", axırı ki, ayağını qırdılar. Bəli, sındırmadılar, dizdən bir az aşağı nahiyədə sümüyünü qırdılar. Belə hallara dünya futbolunda çox az-az rast gəlinir. Spesifik futbolçu zədəsi deyildi...

Salyanda "Muğan"la oyunda baş verən hadisədən sonra həkimlərimizin nəzarəti altında futbolçunu təcili rayon xəstəxanasına çatdırdıq...

Xəstəxana soyuq, qaranlıq, gips otağı isə böyük anbarların soyuducusunu xatırladırdı.

Flavinyo sakit idi, ətrafa baxıb təəccüblənirdi.

Həkim gəldi, baxdı, ürək-dirək verdi, gipsi hazırladı. "Bir aya kostılla yeriyəcək", dedi.

Dedik, "həkim, yerimək nədi, futbol oynamalıdı"..."Nə futbol, ayaq qırığdı e...eybi yox, elə gips qoyacam, axsaqlığı hiss olunmayacaq".

Yerində klub həkimləri ilə məsləhətləşdik. Elə gips qoyulsun ki, 2 saatdan sonra Bakıda rahat çıxarıb yenisi ilə əvəzlənsin...

Qırılmış ayaq gipsə salındı. Ağrılar olmasın deyə Flavinyoya iynə vuruldu. "Təcili yardım"la vaxt gedəcəkdi. Qərara gəldik ki, öz maşınımızla aparaq...

Salyan xəstəxanasından Bakı xəstəxanasına 47 dəqiqəyə çatdıq. Flavinyo zarafatından qalmırdı, "Elə sürürsüz ki, elə bil Flavinyo meydanda fint edir. Bu dəqiqə maşının da "ayaqlarını" qıracaqlar".

Sınmış ayaq yenidən rentgenə salındı. Məlum oldu ki, qoyulmuş gipsdə qırılmış sümüklər arasında fərq o qədərdi ki, biri qərbə baxır, biri şərqə...Rengen çıxarışını Flavinyoya göstərəndə bilmirdi gülsün ya ağlasın.

Bir daha ayaq gipsə salındı, müasir aparatlarda təkrar-təkrar baxıldı, yoxlanıldı. Bu müddət ərzində bir dəfə də olsun futbolçu, ayağını sındıran oyunçu haqqında kəlmə də mənfi söz demədi...

Təcili reabilitasiya üçün Braziliyaya yola saldıq. Ən tezi 6 aydan sonra meydanlara dönməsi gözlənilirdi. Ehtiyat edirdik. Geri dönəndən, meydanlara qayıdandan sonra psixoloji olaraq rəqiblərdən çəkinəcək, ayağını qoruyacaq. Zədə çox ağır zədə idi...

Futbolçunun rejimi gözləməsi, həkimlərin əməyi sayəsində 3-4 aya yaşıl meydanlara döndü...

Yenidən əvvəlki kimi fintlərini edir, ötürmələrini verir, "Neftçi" adına qollarını vururdu...

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )