Professor Tariyel Məmmədovun 70 illik yubleyinə həsr olunmuş tədbir keçirilib - (+FOTOLAR)

Professor Tariyel Məmmədovun 70 illik yubleyinə həsr olunmuş tədbir keçirilib (+FOTOLAR)

https://www.facebook.com/groups/250993438794052/ 

 

1 mart 2019-cu il tarixində Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış
musiqişünas, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor
Tariyel Məmmədovun 70 illik yubleyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti professor Firəngiz
Əlizadə gələn qonaqları salamlayaraq professor Tariyel Məmmədov haqqında,
onun fəaliyyəti haqqında dəyərli fikirlərini dilə gətirib və yubiyel münasibətilə
təbriklərini qeyd edib. 
Daha sonra dinləyicilər qarşısında Tariyel Məmmədovun baş redaktor olduğu
“Musiqi dünyası” jurnalı haqqında videoçarx nümayiş olunub. Ardınca tədbirdə
iştirak edən elm xadimləri Tariyel Məmmədovun yaradıcılıq fəaliyyəti haqqında öz
fikirlərini söyləyiblər. Belə ki, Azərbaycan Aşıqlar Birliyinin Sədri, Əməkdar elm
xadimi, Filalogiya elmlər doktoru, professor Məhərrəm Qasımlı “Tariyel
Məmmədov haqqında söz”, AMEA-nın müxbir üzvü, Sənətşünaslıq elmləri
doktoru, professor Rəna Məmmədova “Tariyel Məmmədovun elmi fəaliyyəti
haqqında”, Əməkdar İncəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
professor Kamilə Dadaşzadə “Tariyel Məmmədovun elmi yaradıcılığı
aşıqşünaslığın yeni mərhələsi kimi”, Sənətşünaslıq üzrəfəlsəfə doktoru, professor
Könül Nəsirova “Musiqi dünyası jurnalında Tariyel Məmmədovun fəaliyyəti”,
Sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənova “Azərbaycan
musiqisində müasir texnologiyaların tətbiq edilməsində Tariyel Məmmədovun
rolu” adlı məruzələri ilə çıxış ediblər.
Sonda aşıqların ifasında “ Urfani” aşıq havası və “Koroğlu” dastanından parçalar
səslənib.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )