Azərbaycanlı fotoqraflar beynəlxalq foto müsabiqədə münsif kimi çıxış edir -

Azərbaycanlı fotoqraflar beynəlxalq foto müsabiqədə münsif kimi çıxış edir

https://www.facebook.com/groups/250993438794052/ 

 

Gilavar Photo Club of Azerbaijan foto klubunun da təşkilatı dəstəyi 3 ölkədə – Azərbaycan, Monteneqro və Makedoniyada dairəvi sistem üzrə daha bir beynəlxalq foto müsabiqə başlayıb.
Beynəlxalq Fotoqrafiya İncəsənəti Federasiyası (FIAP) və Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) xüsusi icazəsi ilə keçirilən SPRING CLICKS CIRCUIT 2019 adlı foto müsabiqədə dünyanın istənilən yerindən hər bir kəs iştirak edə bilər.
Sərbəst rəngli və sərbəst ağ-qara, səyahət və təbiət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan, Serbiya, Makedoniya və Monteneqrodan olan 9 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılacaq. Münsiflər sırasında AZƏRTAC-ın fotomüxbiri, beynəlxalq dərəcəli fotoqraflar İlqar Cəfərov və “İdman” qəzetinin fotomüxbiri Dilavər Nəcəfov da yer alıb.
Müsabiqənin ən yaşxıları medallar, xüsusi lentlər və diplomlarla mükafatlandırılacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaqdır. Ümumilikdə dörd nominasiya üzrə 507 mükafat təqdim olunacaq. Müsabiqə haqqında ətraflı məlumatı klubun www.gilavar.net veb saytından əldə etmək mümkündür.
Qeyd edək ki, Gilavar Photo Club of Azerbaijan foto klubu tərəfindən təşkil edilən sayca 4-cü beynəlxalq foto müsabiqədir.
 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O   
çəkilişlərini aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L       E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
* * *
 
 
 
 
 
 
 
  !  © Müəllif hüquqları qorunur !
Məlumatdan istifadə etdikdə istinad mütləqdir !
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!