Nobel qardaşlarının ilk uğuru filmi ilk baxış Kann festivalında - (+FOTOLAR)

“Nobel qardaşlarının ilk uğuru” filmi ilk baxış Kann festivalında (+FOTOLAR)

https://www.facebook.com/groups/250993438794052/ 

 

Dünyada məşhur olan Nobel qardaşları gəlirlərinin əsas hissəsini Bakı neftindən əldə etməsini çox az adam birilir. “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi 40 ölkədə 100-dən artıq beynəlxalq festivallara göndəriləcək. “Nobel qardaşlarının ilk uğuru” filminə ilk baxış Kannda olacaq.
Bu barədə filmin quruluşçu rejissoru və baş prodüsseri Cəlaləddin Qasımov məlumat verib. O, bildirib ki, “Nobel qardaşlarının ilk uğuru” filmi ilkin baxış üçün Kannda bu gün qeydiyyatdan keçib.Filmin istehsalı 17 mart 2019-cu ildə başa çatıb
Bu il 72-ci Kann festivalına 4-cü filmimiz də baxış üçün qeydiyyatdan keçdi:
“Şollerin arxivi” bədii filmi 19LM0381 qeydiyyat kodu ilə,
“Edam günü” bədii filmi 19LM0382 qeydiyyat kodu ilə,
“Stalinin qaranlıq keçmişi” sənədli filmi 19CM4576 qeydiyyat kodu ilə,
“Nobel qardaşlarının ilk uğuru” sənədli filmi 19CM4575 qeydiyyat kodu ilə.
Cəlaləddin Qasımov deyib ki, festivala filmlərin qəbulu martın 7-də dayandırılsa da, “Nobel qardaşlarının ilk uğuru” filmi martın 18-də iştirakçı kimi qeydə alınıb ki, bu da onlara olan etimadın göstəricisidir.
Sənədli filimin redaktoru Əkbər Qoşalı, qrafika ustası Xaqani Mammadovdur. Mətni Eldost Bayram oxuyub.
Nobel qardaşlarının Azərbaycanda geniş fəaliyyəti olub. Nobel qardaşları gəlirlə-rinin əsas hissəsini Bakı neftindən əldə etmişdi. Nobel qardaşlarından Robert Nobel Azərbaycana qoz ağacı axtarmağa gəlir. Lakin Bakı neftini görür və “Nobel qardaşları” firmasını yaradır. “Nobel qardaşları” firması ilə rəqabət aparan iri neft sənayesi sahiblərindən biri Hacı Zeynalabdin Tağıyev idi. Nobellərin ən inandığı, hörmət etdiyi şəxsiyyət də H.Z.Tağıyev olub.
1875-ci ildə “Nobel qardaşları” firmasının əsası qoyulur. Robert Nobel ilk olaraq Bakının “Qa¬ra şəhər” adlanan sahəsində 25 min rubla kiçik bir zavod alır.
1918-ci ildə onun sərvətinin miqdarı 45 milyona çatmışdı. Hesablamalara görə, həmin vəsait bu günkü məzənnə ilə 32 milyard ABŞ dolları edir.
 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !