Bu qədər satqınla biz nə edəcəyik? - - Sənan Nəcəfov dəhşətə gəldi

Bu qədər satqınla biz nə edəcəyik? - Sənan Nəcəfov dəhşətə gəldi

https://www.facebook.com/groups/984665661568872/ 

 

Dəhşətdi!!! Bu qədər satqınla biz nə edəcəyik?
AzerRos və AzerMos Аббасов Фуад (Fuad Malikoglu Abbasov) Abbasova qarşı ermənilərlə birləşərək deportasiyası haqda məsələ qaldırdılar.

Moskvada yerləşən Azərbaycanlıların iki diaspor təşkilatı - Moskvada Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatı (AzərMos) və Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatı (AzerRos) 2019-cu il martın 12-də Moskvada erməni təşkilatlarının nümayəndələrinin iştirakı ilə Moskva Millətləri Evində toplantı keçiriblər. İclas iştirakçıları Misra TV jurnalisti Fuad Abbasovun həbs edilməsi və deportasiyası haqqında Rusiya Federasiyasının muvafiq orqanlarına müraciət ünvanlayıblar.

Dəyirmi masanın iclasında AzərMos sədri Ağadadaş Kərimov Fuad Abbasovu yalançı vətənpərvər adlandırıb və onun Rusiyadakı diaspor təşkilatlarının fəaliyyətini pozduğunu deyib. Kərimov öz çıxışında, pagan simvolu hesab etdiyi nar bayramının Moskvada keçirilməsini tənqid edib. O, həmçinin Rusiyada keçirilən müxtəlif tədbirlərdə Azərbaycan bayrağının qaldırılmasına qarşı çıxıb.

"Milli etnik etnik münaqişələrdə milli-ictimai təşkilatların cəlb edilməsi cəhdləri" məruzəsi ilə çıxış edən tədbir iştirakçısı Nizami Quliyev Fuad Abbasovun Sankt-Peterburqdakı keçmiş konsulluğunun rəhbəri Qudsi Osmanovun yolunu izlədiyini bildirib. Quliyev həmçinin Abbasovun Rusiyada bir azərbaycanlı qruplaşma yaratması niyyəti ilə bağlı xəbərdarlıq edib. O, Fuad Abbasovun Bakıdan Rusiya Federasiyasında təhlükəsizliyini pozmaq və sabotaj fəaliyyəti həyata keçirmək üçün göndərildiyini bildirib.

Diaspora "fəalı" Azər Safarov Qarabağlı azərbaycanlıların Rusiyadan qovulmasını tələb edib. "Kim mübarizə aparmaq istəyirsə, buradan getsinlər, Rusiya sülh məkanıdır, hamımızın bu sülhü qorumaq kimi bir vəzifəmiz var". Səfərov Abbasovun ekstremist adlandırılmasına qarşı çıxıb və əlavə edib ki, Fuad Abbasov sadəcə provokatordur və onun arxasında duran şəxslər Azərbaycan Prezident Administrasiyasında oturur. Səfərovun sözlərinə görə nə qədər ki, Ramiz Mehdiyev, Əli Həsənov və digərləri Azərbaycanda hakimiyyətdə olacaq, o qədər də bizim başmız ağrayacaq. A. Səfərov qeyd edib ki, “Biz burada problem istəmirik və bütün xalqlarla birgə qardaş kimi yaşayırıq, Fuad Abbasov kimilər bizim üçün durmadan yeni problemlər yaradır”. O, bildirib ki, tez bir zamanda Rusiyanın hökümət rəsmiləri Azərbaycanla təmasa keçməli və bu problemi həll etməlidirlər. (ardı var)

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !