Ağdam rayonunun Quzanlı qəsəbəsində bayram şənliyi keçirilib - + FOTOLAR (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

Ağdam rayonunun Quzanlı qəsəbəsində bayram şənliyi keçirilib + FOTOLAR (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

https://www.facebook.com/groups/232461030668048/ 

 

Baharın gəlişi digər yerlərdən fərqli olaraq cəbhə bölgələrində bir başqa hiss edilir . Qarabağdan süzülüb gələn nisgilli Baharı , Ağdamın işğalda olmayan ərazilərində illərdi doğma yurd-yuvalarının həsrəti ilə yaşayan ağdamlılar böyük inam və ümidlə qarşıladılar .
Ağdam rayonunun Quzanlı qəsəbəsində , mərkəzi meydanda ümumrayon bayram şənliyi keçirilib. Bayramsayağı bəzədilmiş meydanda xonçalar və səmənilər düzülüb, məktəblilərin əl işləri, Novruz adətləri, milli xörəklər, şirniyyatlar, tarix-diyarşünaslıq muzeyinin eksponatları nümayiş etdirilib.
N saylı hərbi hissənin əsgərlərinin də iştirak etdiyi tədbirdə tonqal qalanıb, gənc idmançıların çıxışları, dirədöymə kimi müxtəlif xalq oyunları maraqla qarşılanıb.
Dədə Qorqud və Bahar qız meydana daxil olaraq, bayram iştirakçılarına təbriklərini çatdırıblar.
Bayram şənliyində çıxış edən Ağdam rayon Icra Hakimiyyətinin başçısı Vaqif Həsənov Ağdamlıları və bütün xalqımızı baharın gəlişi münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıb. Bildirib ki, Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədım el bayramıdır.
Tədbirdə N saylı hərbi hissənin əsgərlərinin və Ağdam Dövlət Dram Teatrının aktyorlarının ifasında nümayiş etdirdikləri xüsusi proqram bayram iştirakçılarında xüsusi əhval - ruhiyyə yaradıb.
Rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıq göstərən şəxslərə Ağdam rayon İcra Hakimiyyəti başçısı tərəfindən fəxri fərmanlar və bayram sovqatı təqdim olunub. Bayram tədbiri rəngarəng konsert proqramı ilə davam edib.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !