Ağcabədi məktəbliləri Qəbələ, Şəki və Zaqatala rayonlarından xoş təəsüratla geri döndülər - + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

Ağcabədi məktəbliləri Qəbələ, Şəki və Zaqatala rayonlarından xoş təəsüratla geri döndülər + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

https://www.facebook.com/groups/232461030668048/ 

 

Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Ağcabədi rayonunu təmsil edən məktəblilər Qəbələ, Şəki və Zaqatala rayonlarının görməli yerləri ilə tanış olmuşlar. AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi rayonunu təmsil edən məktəblilərindən ibarət qrup martın 23-də Azərbaycanın gözəl bölgəsi olan Qəbələ rayonunda olublar. Rayon icra hakimiyyətinin, mədəniyyət və turizm, təhsil şöbələrinin nümayəndələri tərəfindən şagirdlərə Qəbələ rayonu haqqında ətraflı məlumat verilib. Bildirilib ki, regionların inkişafına dair dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər Qəbələnin də simasını tamamilə dəyişib. Rayonda tikinti-quruculuq, abadlıq işləri intensiv həyata keçirilir, təhsil, səhiyyə, mədəniyyət sahələrində nəzərəçarpacaq irəliləyiş əldə olunub. Bu irəliləyişi təmin edən əsas amil Prezident İlham Əliyevin Qəbələyə, onun tərəqqisinə, insanlarının rifahına qayğısıdır. Daha sonra məktəblilər 3 gün müddətində Şəki və Zaqatala rayonunun görməli yerlərini gəziblər.Mart ayının 26-da tur aksiya başa çatmış məktəblilərimiz xoş təəsüratlarla Ağcabədi rayonuna geri dönmüşlər.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !