AMEA Zoologiya İnstitutunun direktoru Rusiya Elmlər Akademiyasında ezamiyyətdə olub - (+FOTOLAR)

AMEA Zoologiya İnstitutunun direktoru Rusiya Elmlər Akademiyasında ezamiyyətdə olub (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 10-17 mart 2019-cu il tarixlərində AMEA Zoologiya İnstitutunun direktoru fizika üzrə fəlsəfə doktoru Elman Yusifov Rusiya Elmlər Akademiyası Bitki və heyvanların ekologiyası İnstitutunun direktoru M.Q.Qolovatinin dəvəti ilə həmin institutda ezamiyyətdə olub. Görüşün əsas məqsədi Ural dairəsi ilə Azərbaycan ərazilərinin bioloji müxtəlifliyinin, o cümlədən Xəzər hövzəsi çaylarının hidrofaunasının müqayisəli analizi, birgə əməkdaşlıq müqaviləsinin hazırlanması olub. Görüş zamanı E.Yusifov institutun elmi şura və seminarında çıxış edərək Azərbaycanın fauna müxtəlifliyi, Zoologiya İnstitutunda bu tədqiqatlar üzrə aparılmış elmi tədqiqatlar, alınmış nəticələr haqqında çıxış edib, birgə fəaliyyət barədə təkliflər verib. Rusiyalı həmkarlara birgə multidisiplinar tədqiqatlar aparılması, Xəzərin bioloji müxtəlifliyinin öyrənilməsi, Xəzərin fauna kadastrının hazırlanması, beynəlxalq laboratoriyanın yaradılması, nadir və nəsli kəsilməkdə olan fauna növlərinin kateqoriya və statusunun öyrənilməsi, Ural və Kür çaylarının hidrofaunasının müqayisəli analizi, Xəzər suitisi və Arktika suitilərinin filogeniyasının tədqiqi, birgə paleozooloji tədqiqatlarını aparılması təklif edilib. Eyni zamanda Xəzərin Azərbaycan hissəsinin adalarının, palçıq vulkanlarının bioloji müxtəlifliyinin öyrənilməsi, köçəri quşların miqrasiya yollarının birgə öyrənilməsi, Avrasiya heyvanların ekologiyası (Eurasian Journal of Animal Ecology) adlı birgə beynəlxalq jurnalın yaradılması məsələləri üzrə razılıq əldə edilib.

Rusiya Elmlər Akademiyasının akademiki A.N.Bolşakov, müxbir üzv V.D.Boqdanov və bir sıra tanınmış alimlərin fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə müasir multidisiplinar tədqiqatlara elmi rəhbərlik etməsi məsələləri müsbət qarşılanıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !