AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu Elm günü nə həsr edilmiş tədbirlər çərçivəsində elmi əsərlərdən ibarət sərgi keçirmişdir - (+FOTOLAR)

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu “Elm günü” nə həsr edilmiş tədbirlər çərçivəsində elmi əsərlərdən ibarət sərgi keçirmişdir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu “Elm günü”nə həsr edilmiş tədbirlər çərçivəsində 27 mart 2019-cu il tarixində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında İnstitut əməkdaşlarının elmi əsərlərindən ibarət sərgi keçirmişdir.Sərgidə Biologiya və Tibb elmləri bölməsinin akademik-katibi Əhliman Əmiraslanov, AMEA Botanika institutunun direktoru akademik Validə Əli-zadə, Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru b.ü.f.d. Həşimova Ulduz iştirak etmişlər. Sərgini açıq elan edən akademik Əhliman Əmiraslanov institutun alimlərinin əməyini yüksək qiymətləndirmiş və qeyd etmişdir ki, onların əsərlərinin impakt faktorlu jurnallarda çap olunması elmin inkişafının bariz nümunəsidir. Sərgidə dünya şöhrətli alim, Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin və bu sahələr üzrə böyük elmi məktəbin qurucusu akademik Cəlal Əliyevin zəngin elmi irsini əks etdirən seçilmiş əsərlər, o cümlədən alimin tələbələrinin Journal of Photochemistry and Photobiology, Nucleic Acids Research, Plant Science, Photosysnthesis Research, Bioinformatics, Planta, Genome, Plant Disease və s. yüksək impakt faktora malik nüfuzlu xarici jurnallarda nəşr olunmuş elmi əsərləri – məqalələri, kitabları, monoqrafiyaları nümayiş etdirilmişdir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !