Bakı ətrafında və Abşeronun bütün kəndlərində normal rəqəmsal xidmətlər nə zaman olacaq? - - Osman Gündüz soruşur..

Bakı ətrafında və Abşeronun bütün kəndlərində normal rəqəmsal xidmətlər nə zaman olacaq? - Osman Gündüz soruşur..

https://www.facebook.com/groups/1110444829106515/ 

 

Bir müddət öncə NRYTN-in Baktelecom ( keçmiş BTRİB) qurumunun 14 milyon manatlıq layihəsi haqqında yazmışdım.
Tenderdə qalib gələn hansısa DG Telecom şirkəti Bakı ətrafında və bütün Abşeron kəndlərində 14 milyonluq "Evədək optika" layihəsini həyat keçirməlidir.
Layihə optik xətt üzərindən GPON texnologiyası əsasında telefon, internet və İPTV xidmətlərinin göstərilməsini nəzərdə tutur.
Layihə çərivəsində həmçinin Abşeron yarımadasının bütün kəndlərində LTE texnologiyası əsasında internet və multimedia xidmətlərinin təqdim edilməsi gözlənilir.
Baxıram ki, bundan öncə də, bir neçə il ərzində Baktelecom-un bu tip çoxsaylı layihələri olub. Elə ötən il “Nokia” şirkəti ilə də ilkin mərhələdə 400 min avadanlığın alınması ilə bağlı müqavilə imzalamışdı.
Görəsən bu istiqamətdə, bu layihələr çərçivəsində görülən işlər hansı vəziyyətdəir ? Hansı işlər görülüb? Nə zaman başa çatacaq? Hansı nəticələr gözlənilir? Zəruri avadanlıqlar vətəndaşlara hansı şərtlərlə veriləcək? Rəqabətli mühit üçün problemlər yaranacaqmı ? Həm üstün infrastruktura malik olan, həm də “Evədək optika” kimi nəhəng telekommunikasiya şəbəkəsinə sahib olan dövlət qurumu gələcəkdə özəl sektor üçün, rəqabətli mühit üçün risklər yaradırmı ?
Hələlik bu layihələrin icrası vəziyyəti, gedişatı və nəticələri haqqında heç bir açıqlama verilməyib.
Rəsmi saytlarından da bu haqda hər hansı məlumat almaq indiyədək mümkün olmayıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !