Yaponiyalı alim BDU-da xərçəng metastazının qarşısının alınmasında nano-biomexanikanın rolundan danışıb - (+FOTO)

Yaponiyalı alim BDU-da xərçəng metastazının qarşısının alınmasında nano-biomexanikanın rolundan danışıb (+FOTO)

 AZpress.AZ xəbər verir ki, Yaponiyanın Saitama Universitetinin Beynəlxalq əlaqələr və tədqiqatlar üzrə vitse-prezidenti, fiziki kimya üzrə professor Sei Nakabayaşi, humanitar və social elmlər məktəbinin dosenti Makato Naqasama Bakı Dövlət Universitetində olublar.

BDU-nun rektoru Elçin Babayev görüşün əhəmiyyətini qeyd edib və səfərin universitetlərarası əlaqələrin daha da genişlənməsinə tək an olacağını vurğulayıb.

Görüşdə müasir elmin tələblərinə uyğun olaraq yeni formatda atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb, mövcud əlaqələr, ikili diplom, tələbə-müəllim mübadiləsi, elm muzeyinin yaradılması kimi məsələlər müzakirə edilib.

Professor Sei Nakabayaşi qeyd edilən məsələlərin iki tərəfli əlaqələrin və gələcək əməkdaşlığın inkişafına tək an olacağını bildirib.

Görüş Fizika fakültəsinin onlayn konfrans zalında davam edib. Rektor Yaponiyanın fiziki kimya sahəsində nüfuzlu aliminin universitetə gəlişini yüksək qiymətləndirib və təqdim edəcəyi mühazirənin aktuallığını qeyd edib.

Professor Sei Nakabayaşi "Xərçəng metastazının qarşısının alınmasında nano-biomexanikanın rolu" mövzusunda mühazirə oxuyub. O, xəstə hüceyrənin membranının sağlam hüceyrəyə nisbətən möhkəmliyi və onun skanedici zond mikroskopu vasitəsi ilə tədqiqindən danışıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !