31 Mart Azərbaycanlıların Soyqırımı Gününə tədbir həsr olundu - (+FOTOLAR)

31 Mart Azərbaycanlıların Soyqırımı Gününə tədbir həsr olundu (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Bu gün, martın 28-də Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin Mərkəzi Kitabxanasında 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir təşkil olundu.Tədbirdə Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının müəllimləri Pərvanə Talıbova, Rəfiqə Əhmədova, Yasamal rayon 53 №-li tam orta məktəbin müəllim və şagirdləri iştirak etdilər.

Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova açaraq keçən əsrin ikinci onilliyində ermənilərin Bakıda, Qubada, Şamaxıda, Qarabağda, Naxçivanda azərbaycanlılara qarşı törətdikləri qətliam haqqında geniş məlumat verdi, ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün elan edilməsinin vurğuladı.

Yasamal rayon 53 №-li tam orta məktəbin şagirdləri Leyla Hüseynova, Lamiyə Dadaşova, Jalə Nəsirovanın ifasında 31 Mart Soyqırımına həsr olunmuş şeirlər səsləndi.

Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdləri Məlahət Kazımova, Eldar Kazımov, Məlik Əliyev, Mariya Quliyeva, Mirrəvan Həssənli və Məmmədhəsən Məmmədovun ifasında soyqırıma həsr olunmuş səhnəciklər nümayiş olundu, səhnə danışığı müəlliməsi, qiraətçi Pərvanə Talıbovanın ifasında soyqırıma həsr olunmuş şeir səsləndi.

Soyqırım qurbanları və bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !