BSU-da İslam prinsiplərinin analtik təhlili mövzusunda mühazirə oxunub - (+FOTOLAR)

BSU-da “İslam prinsiplərinin analtik təhlili”mövzusunda mühazirə oxunub (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Martın 28-də Bakı Slavyan Universitetində (BSU) Təhsil Nazirliyindən (TN) göndərilən tövsiyə məktubu əsasında Tədrisin təşkili və tədris resursları şöbəsi tərəfindən “İslam tarixinin və islam əxlaqının əsas prinsipləri” adlı fakültativ kurslarının ilk mühazirəsi keçirilib. Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov iştirak edib.

Ə.Niyazov BSU tələbələri qarşısıda “İslam prinsiplərinin analtik təhlili” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirədə natiq islamşünaslığın tarixindən, islamın din kimi dünya xalqları arasında formalaşmasından, bu dində mövcud olmuş təriqətlərdən danışıb.

Əhməd Niyazov qeyd edib ki, ölkəmizdə bütün ənənəvi dinlərə, o cümlədən islam dininə, islam mədəniyyətinə dövlət tərəfindən qayğı və diqqət göstərilir. O bildirib ki, VII əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan islam dini qısa vaxt ərzində dünyanın böyük bir hissəsinə yayılıb. Ölkəmiz uzun əsrlərdən bəri islam sivilizasiyasının əsas mərkəzlərindən biri olmaqla yanaşı, islam dininin yayılmasında da mühüm rol oynayıb. Ə.Niyazov əlavə edib: “Azərbaycan əhalisinin təxminən 96 faizini müsəlmanlar, 4 faizini xristianlar, yəhudilər, bəhailər, krişnaçılar və digər dinlərin mənsubları təşkil edirlər. 2017-ci ildə Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan olunması islam dəyərlərinin, həmçinin milli təsviri sənətimizin dünyada təbliğinə böyük töhfələr verib”.

Mühazirənin davamında qonaq tələbələri maraqlandıran sualları cavablandırıb, iştirakçılara dini dəyərlərlə bağlı bir sıra tövsiyələr verib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !