Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Yevlax şəhər Yaradıcılıq evində Beynəlxalq Teatr gününə həsr olunmuş tədbir keçirilib - (+FOTOLAR)

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Yevlax şəhər Yaradıcılıq evində Beynəlxalq Teatr gününə həsr olunmuş tədbir keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Yevlax şəhər Yaradıcılıq evində Beynəlxalq Teatr gününə və Bəşir Səfəroğlu adına “Xalq” teatırının Şəhid aktyoru, rejissoru Mahmud Hüseynovun əziz xatirəsinə həsr olunmuş “Ayrılığın sonu yoxmuş” adlı ədəbi-bədii xatirə gecəsi keçirilib.

Tədbiri giriş sözü ilə Şəhər Mədəniyyət Mərkəzin direktoru, Respublikanın Əməkdar Mədəniyyət İşçisi Eldəniz Mustafayev açıb və bu günün mahiyyəti, Azərbaycan Teatrının dünya teatr məkanına inteqrasiyası barədə ətraflı məlumat verib.

Bildirilib ki, Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən, hər il martın 27-si Beynəlxalq Teatr Günü kimi qeyd olunur.

Tədbirdə Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, milli mənəvi dəyərlərin təbliği və dünya mədəniyyətinə inteqrasiyasını təmin etmək, milli teatr sənətinin davamlı inkişafını dəstəkləmək məqsədilə Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”nın uğurla həyata keçirilməsindən danışılıb və müvafiq Sərəncamın teatrımızın dünya teatrları arasında tanınmasına təkan verdiyi bildirilib.
Sonra Yevlax şəhərində teatr sənətində müstəsna xidmətləri olan Şəhid aktyor Mahmud Hüseynovun həyat fəaliyyətindən, yaradıcılıgından, vətən üçün canından keçməsindən danışılıb və Şəhidin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlardan sonra Yevlax şəhər Yaradıcılıq evinin direktoru, Respublikanın Əməkdar Mədəniyyət İşçisi Zöhrə Adgözəlovanın hazırladığı ssenari əsasında tədbirin ikinci hissəsinə start verilib. Mədəniyyət işçiləri Türkan Əliyeva, Aynur Mustafayeva, Kəmalə Qurbanova,Fəridə Həsənova, Elnurə Babayeva, Teymur Mustafayev,Zaur Qurbanov, Xan Quliyev,Taleh Əzimov və bir neçə yaradıcı insanlar səhnə fəaliyyətini nümayiş etdiriblər.

Tədbirdə Şəhid aktyor Mahmud Hüseynovun sənət yoldaşları da aktyor haqqında öz keçmiş xatirələrini danışıblar.

Qeyd edək ki, tədbirdə Şəhid aktyorun yaxın qohumları, ailə üzvləri, ziyalılar və çoxsaylı mədəniyyət işçiləri iştirak edib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !