"İşıq Saçan Sözlər"... - (+FOTOLAR)

"İşıq Saçan Sözlər"... (+FOTOLAR)

https://www.facebook.com/groups/250993438794052/ 

 

4-7 Mart tarixlərində Gəncə şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gəncə Gənclər və İdman Baş İdarəsinin, Gəncə Gənclər Evinin, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin və Gəncə Regional Debat Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən "İşıq Saçan Sözlər" layihəsi baş tutmuşdur.
04.03.2019-cu il tarixində Gəncə Musiqi Kollecində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Gəncə Gənclər və İdman Baş İdarəsinin, Gəncə Gənclər Evinin, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin və Gəncə Regional Debat Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən "İşıq Saçan Sözlər" adlı layihənin təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan layihənin təlimçisi Etiram Sadıqzadə layihənin vəzifələri, layihə çərçivəsində gənclərin qazanacaqları məsələlərinə toxunaraq, bu layihənin Gəncə regionu üçün aktual olduğunu və Nizami yurdu olan qədim Gəncə şəhərində layihənin keçirilməsindən məmnunluq duyduğunu dilə gətirdi. Ölkə Prezidenti İlham Əliyev tərəfindən 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq, “Nəsimi İli” elan edilməsi ölkə Prezidentinin, Azərbaycan dövlətinin sözə, yaradıcılığa, ədəbiyyata, Azərbaycan mədəniyyətinə verdiyi dəyərin növbəti göstəricisi və nümunəsidir. Daha sonra layihə rəhbəri Fatimə Vəliyeva layihənin təqdimatını həyata keçirdi. F.Vəliyeva layihənin məqsədi, layihə çərçivəsində görüləcək işlər haqqında geniş məlumat verdi. F.Vəliyevanın sözlərinə görə layihənin davamlılığının təmin edilməsi məqsədi ilə layihənin tərəfdaşlarından Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin seçilməsi məhz istedadlı gənclərin Yazıçılar Birliyinə cəlb olunması və onların istedadlarının cəmiyyətə çatdırılmasından ibarət olduğunu vurğuladı. Qonaq qismində iştirak edənlər Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin məsləhətçisi Aləmzər Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Təmkin, “Günəşin nuru” layihəsinin rəhbəri gənc şairə Esmira Günəş, gənc şair Əmrah Tənha bu cür layihələrin keçirilməsinin gənclərin həyatında, həmçinin poeziyanın Azərbaycanın mənəvi irsi olduğunu və bu irsi qorumalı olduqlarını söyləyərək, gəncləri bu cür tədbirlərdə iştirak etməyə çağırdı və gəncləri ruhlandırmaq üçün öz yazdıqları şeir nümunələrindən gənclərə təqdim etdilər. Bundan ruhlanan gənclər daha sonra şeir nümunələri ilə çıxış etdilər. Sonda tədbirin aparıcısı və layihənin təlimçisi E. Sadıqzadə Azərbaycanın dahi şairləri və yazıçıların sitatlarından ibarət kiçik yarışma keçirdi.
06.03.2019-cu il tarixində Gəncə Musiqi KollecindəAzərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Gəncə Gənclər və İdman Baş İdarəsinin, GəncəGənclər Evinin, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin və Gəncə Regional Debat Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən "İşıq Saçan Sözlər" adlı layihənin ikinci təqdimat mərasimi fərqli auditoriya üçün keçirildi. Tədbiri giriş sözü ilə açan layihənin təlimçisi Etiram Sadıqzadə layihənin vəzifələri, layihə çərçivəsində gənclərin qazanacaqları məsələlərinə toxunaraq, bu layihənin Gəncə regionu üçün aktual olduğunu və Nizami yurdu olan qədim Gəncə şəhərində layihənin keçirilməsindən məmnunluq duyduğunu dilə gətirdi. Ölkə prezidenti İlham Əliyev tərəfindən 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq, “Nəsimi İli” elan edilməsi ölkə Prezidentinin, Azərbaycan dövlətinin sözə, yaradıcılığa, ədəbiyyata, Azərbaycan mədəniyyətinə verdiyi dəyərin növbəti göstəricisi və nümunəsidir. Daha sonra layihə rəhbəri Fatimə Vəliyeva layihənin təqdimatını həyata keçirdi. F.Vəliyeva layihənin məqsədi, layihə çərçivəsində görüləcək işlər haqqında geniş məlumat verdi. F.Vəliyevanın sözlərinə görə layihənin davamlılığının təmin edilməsi məqsədi ilə layihənin tərəfdaşlarından Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin seçilməsi məhz istedadlı gənclərin Yazıçılar Birliyinə cəlb olunması və onların istedadlarının cəmiyyətə çatdırılmasından ibarət olduğunu vurğuladı. Qonaq qismində iştirak edənlər Azərbaycan Yazıçılar Birliyinin üzvü Eltun Türkel, “Günəşin nuru” layihəsinin rəhbəri gənc şairə Esmira Günəş, gənc şair Əmrah Tənha bu cür layihələrin keçirilməsinin gənclərin həyatında, həmçinin poeziyanın Azərbaycanın mənəvi irsi olduğunu və bu irsi qorumalı olduqlarını söyləyərək, gəncləri bu cür tədbirlərdə iştirak etməyə çağırdı və gəncləri ruhlandırmaq üçün öz yazdıqları şeir nümunələrindən gənclərə təqdim etdilər. Bundan ruhlanan gənclər daha sonra şeir nümunələri ilə çıxış etdilər. Sondatədbiriniştirakçıları tədbirin gedişatından ruhlanaraq, şeirləri qiraət etdilər.

07.03.2019-cu il tarixində Gəncə Gənclər Evində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Gəncə Gənclər və İdman Baş İdarəsinin, Gəncə Gənclər Evinin, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin və Gəncə Regional Debat Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən "İşıq Saçan Sözlər" adlı layihənin çərçivəsində şairlərlə görüş keçirildi. Layihə rəhbəri Fatimə Vəliyeva layihənin üçüncü mərhələsi kimi hesab olunan, gənc yazarlarla görüşün əhəmiyyətindən söz açdı. O, gənclər üçün belə imkanların yaradılmasının və onların layihələrinin həyata keçirilməsi üçün qrant ayrılmasının təqdirəlayiq olduğunu və gənclər siyasətinin ölkəmizdə prioritet istiqamət olduğunu vurğuladı. Gənc yazar qismində iştirak edənlər Azərbaycan Yazıçılar Birliyinin üzvü Eltun Türkel, “Günəşin nuru” layihəsinin rəhbəri gənc şairə Esmira Günəş, gənc şair Əmrah Tənha bu cür layihələrin keçirilməsinin gənclərin həyatında, həmçinin poeziyanın Azərbaycanın mənəvi irsi olduğunu və bu irsi qorumalı olduqlarını söyləyərək, gəncləri bu cür tədbirlərdə iştirak etməyə çağırdı. Esmira Günəş "Azərbaycan qızıyam", "Günəşin Nuru" antologiyasının rəhbəri, "Sevgi sarayı" kitablarını və “Sarı köynək" kitabının müəlliflərindən biri olaraq kitablarının təqdimatını keçirdi. Auditoriyada səslənən sualları cavablandıraraq, həyat və yaradıcılığından da bəhs etdi. Daha sonra Əmrah Tənha öz yaradıcılığından bəhs edərək iştirakçılarla fikir mübadiləsi apardı. Öz şeirlərini səsləndirdi. Azərbaycan Yazıçılar Birliyinin üzvü Eltun Türkel kitabını təqdim edərək, öz yaradıcılığı haqqında geniş məlumat verdi. Ona ünvanlanan sualları cavablandırdı. Görüşün gedişatında gənc yazarlarla iştirakçılar arasında fikir mübadiləsi aparıldı.

07.03.2019-cu il tarixində Gəncə Gənclər Evində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gəncə Gənclər və İdman Baş İdarəsinin, Gəncə Gənclər Evinin, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin və Gəncə Regional Debat Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən "İşıq Saçan Sözlər" layihəsinin "Müsabiqə və Mükafatlandırma” mərasimi baş tutub.
Tədbirin açılış nitqində çıxış edən Gəncə Gənclər və İdman Baş İdarəsənin gənclər sektorunun müdiri Rəşad Əlizadə iştirakçıları salamladı və layihənin Nizami yurdu olan Gəncədə keçirilməsinin təqdirəlayiq olduğunu bildirdi. Həmçinin o, ölkə başçısının gənclər üçün yaratdığı imkanlardan da bəhs edib. Daha sonra layihənin rəhbəri Fatimə Vəliyeva layihənin məqsədi, təlimlərin keçirildiyi yerlər, təlimin istiqamətləri haqqında hesabat xarakterli məlumat verib, həmçinin o, yarandığı gündən gənclərə dəstək olan Gənclər Fondunun əsas fəaliyyət və istiqamətləri haqqında da məlumat verib. Layihənin aparıcısı Etiram Sadıqzadə münsif heyətini iştirakçılara təqdim edib. Münsiflər öz fəaliyyətləri haqqında iştirakçılara ətraflı məlumat verərək, onlara uğurlar arzulayıb.
Layihə çərçivəsində Gəncə Musiqi Kollecində iki fərqli auditoriya üçün ümumilikdə 100-dən çox tələbənin iştirakı ilə təqdimatlar keçirilmişdir. Təlimlərin yekununda ümümilikdə 30-dan çox gənc iştirak etdi, müsabiqədə 11 gəncin çıxışı xüsusi qiymətləndirilərək, sertifikat və hədiyyələrlə təltif olundu. Yekunda müsabiqə keçirildi və müxtəlif nominasiyalar üzrə münsiflər tərəfindən 5 ballıq sistemlə qiymətləndirilərək seçiliblər.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !