BUTA körpələr evi - uşaq bağçasının Yasamal filialı fəaliyyətə başladı. -

“BUTA” körpələr evi - uşaq bağçasının Yasamal filialı fəaliyyətə başladı.

 Valideynlərin istək və arzularını nəzərə alaraq “BUTA” körpələr evi - uşaq bağçası daha bir filialının açılışını etdi. Açılışı giriş nitqi ilə başlayan “BUTA” körpələr evi - uşaq bağçasının rəhbəri Günay Ağamalı gələn qonaqları salamlamlayaraq bağçanın yaranma taixi və fəaliyyəti haqqında tədbir iştrakçılarına ətraflı məlumat verdi. G. Ağamalı bildirdi ki, Bağçada uşaqların hərtərəfli inkişafı üçün böyük imkanlar yaradılmışdır. Ümidvarıq ki, digər korpuslarda olduğu kimi, Yasamal filialının fəaliyyətindən də valideynlər və körpələrimiz razı qalacaqlar.
Qeyd edek ki, “Buta” körpələr evi - uşaq bağçası 2011-ci ildən fəaliyyətə başlayıb. Biz valideynlərin rahatlığını təmin etmək məqsədi ilə fasiləsiz ONLİNE müşahidə kameralarını tətbiq edən ilk bağçayıq. Hazırda bağcamızın əsas Gənclik korpusu və Bakıxanov, Neftcilər filialları öz işini yüksək səviyyədə qurmuşdur. Burada uşaqlar üçün dərnəklər, psixoloji və loqopedik məşğələlər, tibbi nəzarət fəaliyyət göstərir. Uşaqların sağlam qidalanması üçün konservant və konsentrant tərkibli qidalardan istifadə edilmir. Bağçada uşaqların təlim - tərbiyəsi peşəkar səviyyədə təşkil olunub.Yüksək ixtisaslı tərbiyəçilər tərəfindən bağcada sadə riyazi təsəvvürlərin inkişafı, ətraf aləmlə tanışlıq, savad təliminə hazırlıq (məktəbəqədər hazırlıq), nitq inkişafı və digər dərnək və məşğələlər təşkil edilir. Körpələrimizin vətənpərvər ruhda böyüməsinə, müasir dövlətçiliyimizin banisi Ulu Öndərimiz Heydər Əliyevin siyasi irsinə sədaqət hissilə formalaşmasına xüsusi diqqət yetirilir. Tədris Azərbaycan, İngilis, Rus, Fransız dillərində aparılır.
Tədbiri istedadlı müğənni, aktyor Elgün Hüseynov aparıb. Uşaqları əyləndirmək üçün müxtəlif animatorların iştrakı ilə maraqlı proqram təşkil olunub. Bağçanın rəqs dərnəyinin çıxışları tədbirə rəngarənglik və xüsusi gözəllik verib.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !