Abşeronda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib - (+FOTOLAR)

Abşeronda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin Təşkilatçılığı ilə rayonun Digah qəsəbə qəbiristanlığında ucaldılan “Türk şəhidliyi” abidəsinin önündə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə Abşeron RİH-nin başçısı İradə Gülməmmədova, Türkiyənin Azərbaycandakı səfirliyinin ikinci katibi Cengiz Günəş, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri, ağsaqqallar və digərləri iştirak ediblər.

Əvvəlcə 1918-ci il soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Abşeron RİH-nin başçısı İ.Gülməmmədova çıxış edərək bildirib ki, 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak silahlı dəstələri tərəfindən Bakı şəhərində, Bakı quberniyasına daxil olan digər şəhər və qəsəbələrdə, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qırğınlar və vandalizm aktları törədilib. Onun sözlərinə görə, əsrlər boyu erməni millətçiləri tərəfindən xalqımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımı cinayətləri həyata keçirilib. Azərbaycanlıların məhz etnik və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirildiyini, mədəniyyət abidələri, tarixi binalar və məscidlərin dağıdıldığını vurğulayan başçı qeyd edib ki, məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalanıb və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. O, deyib ki, erməni daşnaklarına qarşı Azərbaycan oğulları ilə birgə Qafqaz İslam Ordusu da mübarizə aparıb, çiyin – çiyinə döyüşərək düşməni məğlub ediblər. Bu döyüşlər zamanı türk əsgərlərinin də şəhid olduğu və onlardan 9-nun Digah qəbiristanlığında dəfn edildiyini deyən İ.Gülməmmədova əlavə edib ki, şəhidlərimizin uyuduğu məkanda “Türk şəhidliyi” abidəsi inşa edilib.

Sonra Türkiyənin Azərbaycandakı səfirliyinin ikinci katibi C.Günəş deyib ki, Azərbaycanla Türkiyəni bir çox tarixi köklər bağlayır. Onların düşmənə qarşı birgə mübarizə aparması da bunun bariz nümunəsidir. Qafqaz İslam Ordusu ilə Azərbaycana gələn 1130 türk əsgərinin şəhid olduğunu vuğulayan C.Günəş onlardan 9-nun məzarının Digah qəbiristanlığında olduğunu və burada anım abidəsinin ucaldılması ilə əlaqədar olaraq azərbaycan hökümətinə təşəkkürlərini bildirib.

Bundan sonra məktəblilər soyqırımı özündə ehtiva edən və vətənpərvərlik şeirlərini oxuyublar.
Qeyd edək ki, 1918-ci ildə general-mayor Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun erməni-rus işğalçılarına qarşı apardığı döyüşlərdə şəhid olan və Abşeron rayonunun Digah qəsəbəsindəki qəbiristanlığında dəfn edilən naməlum türk əsgərlərinin şərəfinə anım abidəsi inşa olunub. Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 150 kvadratmetr ərzaidə salınmış abidə müasir üslubda qurulub, şəhidlik kompleksinin ərazisi genişləndirilib, ətrafda abadlıq işləri görülüb. Abidənin ətrafında 1000 ədəd ağac və gül kolları əkilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :                             

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !