Soyqırımı faciələri: mərhələlər və ibrətlər ... -

“Soyqırımı faciələri: mərhələlər və ibrətlər”...

Azərbaycan xalqının qürur, fəxarət qaynağı olan ­istiqlal tarixi, eyni zamanda, onun qan yaddaşı, hüzn xatirəsidir. Qədim soykökü ilə qəhrəmanlıq, igidlik salnamələrində ad çıxarmış türk xalqı XX əsrin başlanğıcında xain, fitnəkar düşmən – erməni vəhşiliyi ilə üzbəüz dayandı. Hələ 1905–1906-cı illərdə Azərbaycanın müxtəlif bölgələrində saysız azərbaycanlı qətlləri ilə ürəklərə dağ çəkən erməni qaniçənləri 1918-ci ilin mart, aprel aylarında da Bakı quberniyası və bura daxil olan Şamaxı, həmçinin Quba, İrəvan, Naxçıvan, Qarabağ, Zəngəzur torpaqlarında azərbaycanlıların ­soyqırımını həyata keçirdilər.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 31 mart Azərbaycanlıların soyqırımı günü “Soyqırım faciəsi: mərhələlər və ibrətlər” adlı elmi sessiya keçirildi. Muzeyin direktoru, akademik Rafael Hüseynov tədbiri “Soyqırımı faciəsinin unudulmamalı dərsləri” adlı məruzəsi ilə açaraq qeyd etdi ki, bu hadisələrin təşkilatçıları illərlə soyqırım aktının mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törətmiş, azərbaycanlıların mənfi obrazını yaradaraq özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər.


Muzeyin direktoru bildirdi ki, yaddaşlardan, sənədlərdən silinməyən bu qırğın aktı 1998-ci ildə ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla Azərbaycan xalqının matəm, hüzn günü kimi qeyd edilir. Xalqımızın başına zaman-zaman gətirililən müsibətlərə toxunan akademik vurğuladı ki, gərək hər birimiz baş verən faciələrdən ibrət götürək, qanlı hadisələri heç vaxt unutmayaq. Ona görə yox ki, biz də gedib gırğınlar törədək, qisas alaq. Ona görə ki, baş verən hadisələr bir daha təkrarlanmasın.
Rafael Hüseynov Avropa Şurasında ermənilərin xalqımızın başına gətirdikləri faciələrlə bağlı sənədin hazırlanmasına toxunaraq tezliklə soyqırımını törədənlərin, bu işə rəvac verənlərin, icraçılarının beynəlxalq məhkəmə qarşısına çıxarılmasının vacibliyini diqqətə çatdırdı. O, hələ AXC-nin ilk dövrlərindən 1918-ci il mart – aprel qırğınları zamanı baş verənlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyasının yaradılması, komissiyanın topladığı sənədlərin, 100-dən artıq şəklin də maddi sübut kimi saxlanıldığını bildirdi.
Elmi sessiyada həmçinin, muzeyin elmi işlər üzrə direktor müavini, professor Xatirə Bəşirlinin “Soyqırımı tarixində Xocalı”, Xurşidbanu Natəvan adına Qarabağ filialının elmi işçisi Rəhman Baxşəliyevin “Azərbaycanlıların soyqırımı – tarixi həqiqətlər” və muzeyin “Beynəlxalq əlaqələr və komprativistika” şöbəsinin müdiri, professor Şəfəq Əlibəylinin “Soyqırımı və talelər” adlı məruzələri dinlənildi.

 

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti” 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !