Miri Yusif yeni mahnısını təqdim edib - (+ViDEO)

Miri Yusif yeni mahnısını təqdim edib (+ViDEO)

https://www.facebook.com/groups/2159698127577601/ 

 

İyunun 7-si, 8-ivə 9-da“Yaşıl teatr”ın səhnəsində populyar müğənni Miri Yusifin solo konserti olacaq. İndi həmin konsertə fəal hazırlıqla əlaqədar, başı çox qarışıq olsa da, fanatları üçün həmişə vaxt tapır, onlarla tez-tez özünəməxsus formada ünsiyyət saxlayır. Bu günlərdə müğənni “avantüraya əl atıb” və Instagram səhifəsində öz abunəçilərinə belə bir sualla müraciət edib: “Qarşıdakı konsertdə mənim repertuarımdan ən çox hansı mahnını eşitmək istəyərdiniz?”.
Abunəçilər sevimli mahnılar barədə fikirlərini bölüşmək fürsətiniqaçırmayıb və Direct-də müğənniyə fəal cavab verməyə başlayıblar, MiriYusif özü isə pərəstişkarlarının sevgi və sədaqətini diqqətsiz qoymayıb və Stories-də öz arzularını bölüşməyə başlayıb. Beləliklə,müxtəlif illərdə yazılmışmahnılar sadalanıb. Bəzi fanatlar yazırdılarki, MiriYusifinbütün mahnılarını xoşlayırlar, başqaları deyirdilər ki, müğənninin köhnə mahnıları onlarınruhunadaha yaxındır. Ona Təbrizdən də yazırdılar, Azərbaycanın regionlarından da, artisti orada konsertlə gözlədiklərinibildirirdilər – bir sözlə, abunəçilərdən hər birininMiriYusifədeməyə sözü, onunla bölüşməyə fikri vardı.Yəqin ki, tamaşaçı ilə belə interaktiv ünsiyyət artistin qarşıdakı konsert proqramına hazırlaşmasına kömək edəcək.
Amma bu, yalnız başlanğıc idi– iki gündən sonra artist öz pərəstişkarlarının yeni mahnı ilə sevindirib– MiriYusif şəxsi YouTube kanalında“Ruzigar” mahnısını təqdim edib. Sözləri Fidan Axundovaya aid olan bumahnının musiqisini müğənni özü yazıb.
Müğənni bu dəfə də öz stilinə sadiqdir: yenə xoşbəxtliyin qeyri-mümkünlüyü haqqında,əldən verilmiş imkanlar haqqında oxuyur, amma yenə də özünü belə bir ümidlə sakitləşdirir ki, “Bu dünyada bir tək ölümə çarə yox”.
Bu fraza çoxlarının ürəyincə olub, abunəçilər YouTube-dakı şərhlərində bu haqda yazır, amma onlar müğənnidənbu yeni mahnıya klip də çəkdirməsinitələb edirlər. Müğənni özü bu tələbləri hələlik şərh etmir – ola bilsin, yaxın gələcəkdə onun fanatlarını daha bir sürpriz gözləyir.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )