Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib - (+FOTOLAR)

Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin və Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbin birgə təşkilatçılığı ilə keçirilən tədbirə öncə soyqırım zamanı həyatını itirən şəxslərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Soyqırıma həsr olunmuş tədbiri giriş sözü ilə uşaq incəsənət məktəbinin direktoru Nəcibə Zeynalova son iki əsrdə ermənilərin Azərbaycan xalqına qarşı planlı şəkildə törətdikləri genişmiqyaslı soyqırımından danışıb. Bildirilib ki, ötən əsrin əvvəllərində bolşevik-erməni silahlı qruplaşmalarının Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və deportasiya siyasəti nəticəsində bir çox bölgələrdə günahsız soydaşlarımız qətlə yetirilib. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilib. Bu ərazilərdə dinc əhaliyə kütləvi surətdə divan tutulub, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb məhv edilib. Təkcə 1918-ci ilin mart-aprel aylarında erməni mütəşəkkil silahlı dəstələri tərəfindən 50 mindən çox azərbaycanlı qətlə yetirilib. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin qaranlıq səhifələrindən biridir.

Daha sonra isə məktəbin şagird kollektivinin iştirakı ilə ədəbi – bədii kompozisiya tədbir iştirakçılarına təqdim olunub

Tədbirdə həmçinin Soyqırım dəhşətlərini özündə nümayiş etdirən foto sərgi iştirakçılara təqdim olunub.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !