Tariel Qasımovun 80 illik möhtəşəm yubiley gecəsi keçirildi - (+FOTOLAR)

Tariel Qasımovun 80 illik möhtəşəm yubiley gecəsi keçirildi (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, martın 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Tariel Qasımovun 80 illik yubiley gecəsi keçirildi. Tariel Qasımov 1939-cu ildə Ağstafa rayonunun Köçəsgər kəndində doğulub. 1964-cü ildə Azərbaycan Dövlət Teatr institutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Əvvəllər Akademik Milli Dram teatrında aktyor işləyib. 1964-cü ildən Gənc Tamaşaçılar Teatrında çalışıb. Bir neçə tamaşanın quruluşçu rejissorudur. 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 1991-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub. 10 dekabr 2018-ci il tarixində Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının 3-cü dərəcəli "Əmək ordeni" ilə təltif olunub.“Ömrün sənət yollarında”, “İnam” kitablarının müəllifidir.

Yubiley tədbirində aktyorun keçdiyi ömür və sənət yolundan bəhs edən video-roliklər təqdim olundu. Yaradıcılıq fəaliyyətinin böyük bir hissəsi Gənc Tamaşaçılar Teatrına aid olan sənətkarın filmlərdə və bu teatr səhnəsində canlandırdığı Cəlal, Bəxtiyar, Söhrab, Zaur, Pərviz , Kazım, Şamil, Məşədi Əzizbəyov, Polkovnik, Zərbəliyev Səbzəli, Salahov, Qədim, Həsənzadə, Nihad və digər bir-birindən maraqlı rollar istedadlı aktyorun rəngarəng obrazlarından və gözəl xatirələrindən bəhs olundu. 80 yaşı olmasına baxmayaraq bu gözəl tədbirin bütün məsuliyyətini öz üzərinə alan Tariel Qasımov həm aparıcılıq etdi, həm də tamaşaçılarla həmsöhbət olmaq üçün səmimi bir abu havada hər kəsin ürəyini oxşadı. Tədbirə gələn qonaqlar arasında görkəmli sənətkarlar çox idi. Onlardan Rafiq Əzimov, Hacı İsmayılov, Həmidə Ömərova, Nurəddin Mehdixanlı, Niyaməddin Musayev, Yasin Qarayev, Gülüstan Əliyeva, Elza Seyidcahan və digər mədəniyyət, incəsənət xadimləri, dövlət və hökumət nümayəndələri iştirak ediblər.T. Qasımov gələn qonaqlara müəllifi olduğu kitablardan da hədiyyə etdi. Böyük sevgi və həvəslə iştirak edən qonaqlar tədbirin bitməsinə baxmayaraq aktyorun yanından ayrılmır, təbrik edir və onunla xatirə şəkilləri çəkdirdilər. Bir daha Tariel Qasımovu bir daha təbrik edir, möhkəm can sağlığı və hər zamankı kimi yadda qalan yeni-yeni rollar arzu edirik.

 

Məhsəti Hüseynova - Yazar

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !