AMEA Mərkəzi Nəbatat Bağında Elm günü nə həsr olunmuş Qafqaz florasının nadir bitkiləri mövzusunda sərgi keçirilib - (+FOTOLAR)

AMEA Mərkəzi Nəbatat Bağında “Elm günü”nə həsr olunmuş “Qafqaz florasının nadir bitkiləri” mövzusunda sərgi keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 27-29 mart 2019-cu il tarixlərində AMEA Mərkəzi Nəbatat Bağında “Elm günü” nə həsr olunmuş “Qafqaz florasının nadir bitkiləri” mövzusunda elmi-maarifləndirici sərgi keçirilib.
Sərginin əsas məqsədi Azərbaycanda son illərdənadir bitki növlərinin tədqiqi ilə bağlı məlumatları və bu sahədə alimlərin əldə etdiyi elmi nailiyyətləri ictimaiyyətə çatdırmaqdan ibarət olmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının, tələbə və məktəblilərin də iştirak etdiyi açılış tədbirinigirişsözüiləaçan AMEA Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev Qafqaz florasının zənginliyi və onun flora müxtəlifliyinin öyrənilməsində Mərkəzi Nəbatat Bağının rolundan və əldə olunan nailiyyətlərdən danışmışdır.

Tədbirdə çıxış edən AMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə bu sahədə aparılan işlərin vacibliyini qeyd edərək, müasir dünyada aparılan elmi-tədqiqat işlərinin əhəmiyyətindən, yeni yanaşma üsullarından danışmış, ölkəmizin flora zənginliyinin mühafizəsinin vacibliyini qeyd etmişdir.
Tədbirdə iştirak edən digər qonaqlar da çıxış edərək sərginin əhəmiyyətindən, son illər ölkəmizdə biomüxtəlifliyin qorunması sahəsində əldə olunan uğurlardan danışıblar. Açılış mərasimindən sonra iştirakçılar sərgidə nümayiş etdirilən eksponatlarla vənadir bitkilərin toplandığı kolleksiya sahələri ilə tanış olublar.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !