AzTU-da 31 Mart Azərbaycanlıların Soyqırımı Günü nun anım mərasimi keçirilib - (+FOTOLAR)

AzTU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günü”nun anım mərasimi keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Martın 29-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” münasibətilə Azərbaycan Texniki Universitetində (AzTU) anım mərasimi keçirilib.

Tədbir soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.

Toplantını AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov açaraq qeyd edib ki,“son iki əsrdə xalqımıza qarşı törədilmiş qanlı cinayətlərlə dolu hadisələr soydaşlarımızın xatirəsindən heç vaxt silinməyəcək.Rektor bildirib ki,tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə,törədilmiş faciələrə obyektiv qiymət vermək mümkün olmayıb.Yalnız müstəqillik dövründə,yəni 1998-ci il martın 26-da Azərbaycan prezidenti ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı ilə “31 Mart Azərbayacanlıların Soyqırımı Günü” elan edilib və erməni millətçilərinin cinayətkar əməllərinə hüquqi-siyasi qiymət verilib.Ulu öndərin siyasətini uğurla davam etdirəm Azərbaycan prezidenti İlham Əliyev bu faciələrin dünyaya çatdırılması ilə əlaqəli bir çox fərman və sərəncamlar imzalayıb”.

Rektorun çıxışından sonra bu dəhşətli faciə hadisələrini əks etdirən filim nümayiş etdirilib.

Universitetin “İctimai fənlər” kafedrasının müdiri, professor Şikar Qasımov çıxış edərək bildiribki,ermənilərin1905-ci ildən Bakıda, İrəvanda, Zəngəzurda, Qarabağda və digər yerlərdə başlayan kütləvi qırğınları 1918-ci ilə qədər davam edib.Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetiririlib və on minlərlə insan itkin düşüb.

AzTU-nun “Radiotexnika və rabitə” fakültəsinintələbəsi Narıngül Zeynalovaçıxışında tələbələr adından bildirib ki,indi biz gənclərin vəzifəsi xalqımıza qarşı həyata keçirilən soyqırım haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !