ASAN Radioda Azərbaycan tarixi adlı layihəyə start verildi - (+VIDEO)

ASAN Radioda “Azərbaycan tarixi” adlı layihəyə start verildi (+VIDEO)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu ASAN Radio ilə birgə “Azərbaycan tarixi” adlı layihə həyata keçirməyə başlayıb.

Tarix İnstitutundan verilən məlumata görə, layihə Azərbaycan tarix elmini populyarlaşdırmaq və ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.

Prezident İlham Əliyev Tarix İnstitutunu Azərbaycanda tarix üzrə araşdırmaların mərkəzi adlandırıb. Dövlət başçısının göstərişi ilə Azərbaycan tarix elmi saxtalaşdırmalardan və təhriflərdən təmizlənir. Layihə çərçivəsində tariximiz Azərbaycançılıq məfkurəsinə əsasən buraxılışlar şəklində qədimdən müasir dövrədək ictimaiyyətə təqdim ediləcək. İlk buraxılışlar Azərbaycan xalqına qarşı soyqırımları tarixinə həsr olunub. Ekspert qismində isə Tarix İnstitutunun “Qarabağ tarixi” şöbəsinin müdiri, dosent Güntəkin Nəcəfli çıxış edib.

Layihənin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur. Buraxılışların mətnini hazırlayan araşdırmaçı jurnalist Aida Eyvazlı, redaktoru isə ASAN Radionun baş redaktoru İlkin Kərimovdur.

İlk buraxılışın linki:www.youtube.com/watch

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !