Sumqayıt Dövlət Dram Teatrında yeni layihə Sevgilim Sumqayıt - (+FOTOLAR)

Sumqayıt Dövlət Dram Teatrında yeni layihə “Sevgilim Sumqayıt” (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Sumayıt Dövlət Dram Teatrında yeni səhnə əsərinin hazırlanmasına start verilmişdir.


Ölkə başçımız İlham Əliyevin müvafiq sərəncamı ilə bu ilin noyabr ayında Sumqayıt şəhərinin 70 illik yubileyi təntənəli şəkildə qeyd olunacaqdır. Artıq şəhərdə yubiley ab-havası hiss olunmaqdadır.

Sumayıt Dövlət Dram Teatrı da şəhərin önəmli bayramına öz yaradıcılıq töhfəsini verməyə hazırlaşır.
İdeya müəllifi və layihə rəhbəri -teatrın direktoru əməkdar artist Mübariz Həmidovun təşəbbüsü ilə tanınmış dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli Sumqayıtın tarixi, mədəni-sosial, iqtisadi inkişaf mənzərəsini əks etdirən yeni pyes yazıb. Müəllif öz qəhrəmanlarını əfsanə və rəvayətlər aləmindən günümüzə gətirir, insan zəkası və zəhməti ilə gerçəkləşən möcüzəyə qovuşdurur.

Xalq artisti F.Məhərrəmovun quruluş verdiyi səhnə əsərinin hazırlıq işlərinə artıq başlanılmışdır. Tamaşanın tərtibatı rəssam Elşən Sərxanoğluya məxsusdur. Rollarıəməkdar artistlər Fəranə Musayeva, Növrəstə Həşimova, Sədaqət Nuriyeva, İlahə Səfərova, Cəlal Məmmədov, Xatirə Süleymanova, aktyorlar Kamran Muradlı, Elay Xasiyev, İlahə Səfərova, Aynur Hümmətova, Şəmistan Süleymanlı, Yeganə Məmmədvəliyeva, Vəfa Qurbanova, Şəms Abdullayeva, Sevda Hüseynova, Mətanət Əmirullayeva, İlqar İbrahimov və Akif Mirzəyev canlandırır.

Yeni tamaşanın təhvil verilməsi may ayının 15-də nəzərdə tutlmuşdur. Daha sonrakı aylarda şəhərin möhtəşəm yubiley tədbirləri çərçivəsində “Sevgilim Sumqayıt”tamaşaçılara təqdim olunacaqdır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !